Ceyhun Bayramov BMT rəsmisinə Ermənistanın təxribatları barədə danışdı

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində sentyabrın 12-də BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, görüş zamanı Azərbaycan-UNOG əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional məsələlər müzakirə edilib.

Azərbaycan ilə UNOG arasında əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, UNOG-nin insan hüquqları, gənclər, gender bərabərliyi, dayanıqlı inkişaf məqsədləri, ətraf mühitin mühafizəsi, iqtisadi inkişaf kimi istiqamətlər üzrə fəaliyyətlərinə dəstək ifadə olunub.

Azərbaycanın öz növbəsində BMT çərçivəsində aktiv fəaliyyət göstərdiyi, 2023-cü ildə BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramına (SPECA) sədrlik etdiyi və cari ilin noyabr ayında Bakıda SPECA-nın sammitinin baş tutacağı diqqətə çatdırılıb.

Sülh və təhlükəsizliyin təşviqi, humanitar, sosial-iqtisadi inkişafda bərabərlik kimi prinsiplərin Azərbaycanın SPECA ilə yanaşı, Qoşulmama Hərəkatında sədrliyi və digər beynəlxalq təsisatlardakı təşəbbüslərinin əsas meyarlarını təşkil etdiyi diqqətə çatdırılıb.

Xanım Valovayanın 2022-ci ildən etibarən Azərbaycana baş tutmuş səfərləri və bu səfərlər çərçivəsində keçirilmiş ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb və Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi, habelə ölkəmizin digər qurumları ilə UNOG arasında əməkdaşlığın gücləndirilməsi üçün yaratdığı şəraitə görə UNOG-nin rəhbərinə minnətdarlıq bildirilib.
Görüş zamanı bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib. Postmünaqişə dövründə Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, Ermənistanın təxribatları diqqətə çatdırılıb. Ölkəmizə qarşı mina təhdidləri xüsusi vurğulanıb. Bölgədə “humanitar vəziyyət” və “blokada” barədə iddiaların əsassızlığı barədə faktlar qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

End of content

No more pages to load

RADİO