"Bu vandallıq bütövlükdə bəşəriyyətin mədəni irsinə qarşı törədilən ən ağır cinayətdir" - Deputat Şuşa haqqında yazdı

"Cənubi Qafqazın bənzərsiz memarlıq nümunələri ilə fərqlənən Şuşa şəhərinin otuz ilə yaxın müddət ərzində davam edən işğaldan azad olunması 44 günlük Vətən müharibəsinin ən parlaq qələbələrindən biri kimi xalqımızın tarixi yaddaşına həkk olunmuşdur."

Bizim.Media xəbər verir ki, bu fikirlər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərovun məqaləsində yer alıb. Deputatın yazısının davamını təqdim edirik:

 

MÖVZU İLƏ BAĞLI:

Nizami Səfərov MDB PA-nın komissiya sədri seçilib


"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hazırlanmış mükəmməl hərbi strategiyanın uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq Şuşanın alınması, beynəlxalq silahlı münaqişələr tarixinə nümunəvi hərbi əməliyyat kimi daxil olaraq, dünyanın tanınmış elmi mərkəzlərində ciddi tədqiqat obyekti olacaq.

1992-ci ilin 8 mayında təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Şuşa 2020-ci ilin 8 noyabrında azadlığına qovuşaraq, tarixi ədalətin bərpa olunmasını təsdiq etdi.

Uca dağların əhatəsində olan və sıldırım qayaların üzərinə yerləşən Şuşa Azərbaycan əsgərləri və zabitlərinin inanılmaz şücaəti nəticəsində əbədi olaraq doğma evinə – Azərbaycana qayıtdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və qızları Leyla Əliyevanın Şuşada, Cıdır düzündə tonqal alovlandırmaları tarixi əhəmiyyətli hadisə kimi Vətən müharibəsində möhtəşəm qələbəmizin parlaq təzahürü olmuşdur.

Qədim şəhərimiz, Azərbaycanın mədəni paytaxtı olan Şuşa erməni vandalları tərəfindən dağıntılara məruz qalsa da, xalqımızın milli ruhunu qoruya bilmişdir.

Uzun illərdən bəri erməni işğalçıları mədəni soyqırımı törədərək, şəhərdə yerləşən bir çox nadir memarlıq nümunələrini tamamilə məhv etmiş və ya onlara ciddi ziyan vurmuşlar.

Bunların sırasında Qarabağ xanlığının banisi Pənahəli xanın Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və onun iqamətgahı olmuş məşhur saray binası, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksi, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, 1874-1875-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilən Aşağı Gövhərağa məscidi, 1863-cü ildə inşa edilmiş Saatlı məscidi, görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvana məxsus ikimərtəbəli ev və bir çox başqa nadir memarlıq sənətinin nümunələri qeyd edilə bilər.

Dünya tarixində rast gəlinməyən bu vandallıq nəinki Azərbaycanın, bütövlükdə bəşəriyyətin mədəni irsinə qarşı törədilən ən ağır cinayətdir.

Ancaq törədilmiş vəhşiliklərə rəğmən Şuşa öz gözəlliyini bərpa edəcək və bütün dünyaya bir daha sübut edəcək ki, həm döyüş meydanında, həm də öz mədəni irsinin qorunması və bərpasında Azərbaycan xalqının iradəsi sarsılmazdır!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

End of content

No more pages to load

RADİO