“Sərhəddə vəziyyət gərgin olaraq qalır. Azərbaycan qoşunları Ermənistanla sərhəddə və Qarabağ ətrafında cəmləşib”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
Paşinyan Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”nə də toxunub.
O qeyd edib ki, Şahmaryan "prezident" deyil, o sadəcə Qarabağdakı ermənilərin "lideri"dir: "Samvel Şahmaryanı təbrik etməyə ehtiyac yoxdur. Biz beynəlxalq məntiqlə davam etməliyik".
Bizim.Media