Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, tərəflər Ermənistan-Türkiyə münasibətlərini və regional məsələləri müzakirə ediblər.
Söhbət zamanı Paşinyan və Ərdoğan regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölkələrinin inkişafına və çiçəklənməsinə töhfə verəcəyini vurğulayıblar.
Onlar bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini də qeyd ediblər.
Bizim.Media