Moskvanın Qarabağla bağlı “B” PLANI – Rusiya niyə Ağdam-Xankəndi yolunu SEÇDİ?

Xəbər verdiyimiz kimi, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin (RQXC) birgə əməkdaşlıq memorandumuna əsasən, Moskva tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, RQXC tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu 1 TIR ərzaq yükü göndərilib. Son məlumatlara görə, Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq yükü hazırda Bərdədədir. 

Görünən odur ki, son zamanlar bölgəyə humanitar yük göndərilməsi adı altında dünya gücləri arasında sanki bir mübarizə gedir. 

Bu mənada maraqlıdır, görəsən, Rusiyanın Ağdam yolu ilə Xankəndinə yardım göndərməsi nəyə hesablanıb? Proses nə ilə yekunlaşacaq?

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Rusiyanın humanitar yük şousunda iştirakı Qərbə ünvanlanmış addımdır və bununla Kreml regionda əsas geopolitik güc faktoru olduğu mesajını verir: 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın yük avtomobilinin Xankəndiyə keçidi hələ də GECİKİR - FOTO  


“Bu gün Xankəndidəki ermənilərə humanitar yük adı altında regionda çirkin siyasi oyunlar baş verir. Bu çirkin siyasi oyunların ən böyük səbəbkarı da ərazidə separatizmin olmasında maraqlı olan Rusiyadır. Rusiya indiyə qədər Fransa daxil olmaqla Qərbin Qarabağ separatçıları üzərindən manipulyasiyasına şərait yaradıb. Ən azından 30 illik işğal dövründə ATƏT-in Minsk qrupunda Rusiya Fransa və ABŞ-la birgə prosesin ölü nöqtədən tərpənməsinə imkan verməyib. 

Amma bu gün Moskva görür ki, Qərb Ermənistanda Avropa İttifaqının mülki müşahidə missiyası adı altında cəsus şəbəkəsi yerləşdirir. Fransa daxil olmaqla beynəlxalq güclər Xankəndinə humanitar yük adı altında həm Azərbaycanın ərazi bütövlüyünü təhdid, həm də orada müvəqqəti yerləşən rus sülhməramlılarına hörmətsizlik edirlər. Başlıcası isə Qərb bu yolla bölgəyə daxil olmağa çalışır. Belə vəziyyət isə Rusiyanın siyasi-iqtisadi maraqlarına cavab vermir. Ona görə də Rusiya humanitar yük şousunda iştirak etməklə Qərbə regionda əsas geopolitik güc faktoru olduğu mesajını verir”. 

Həmsöhbətimizə görə, Rusiyanın humanitar yük üçün Ağdam yolunu seçməsi onun həmin məsələdə Azərbaycanın təklif etdiyi modeli dəstəklədiyinə işarədir:

“Azərbaycan Ağdam-Xankəndi yolunun işləkliyini təklif edib. Rusiyanın həmin məsələdə tutduğu mövqe də onu göstərir ki, Moskva da Bakının təklif etdiyi bu modeli dəstəkləyir. Bu da Azərbaycan üçün pozitiv tərəfdir. Lakin bu heç də Moskvanın Azərbaycana hansısa sevgisindən doğan hadisə deyil. Sadəcə olaraq, Rusiya bununla Qərbə regionda özünün geopolitik güc olduğunu göstərmək istəyir”. 

Ekspert düşünür ki, həmin yüklər əvvəl-axır Xankəndinə daxil olacaq: 

“İstər Rusiya Qızıl Xaç Komitəsinin, istərsə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi  humanitar yardımlar mütləq Xankəndinə çatdırılacaq. Azərbaycan səbr göstərir. Ya dinc yolla, ya da hərbi yolla Azərbaycan Ağdam-Xankəndi yolunun işləkliyinə nail olacaq”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

End of content

No more pages to load

RADİO