“İran Qarabağı Azərbaycanın bir hissəsi hesab edir".
Bizim.Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin sentyabrın 9-da keçirdiyi “seçkilər” barədə suala cavabında deyib.
“İranın mövqeyi qəti və aydındır. İran Qarabağla bağlı öz mövqeyini gizlətmir. Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir” - Kənani qeyd edib.
Bizim.Media