Endryu Korybko: “ABŞ Ermənistanı növbəti müharibəyə hazırlayır” – MÜSAHİBƏ 

“Paşinyan təhlükəli qumar oynayır. Rusiya isə İrəvanın Kremlə qarşı təxribatlarına baxmayaraq, ya Ermənistanı müdafiə edəcək, ya da qonşularını hərbi əməliyyatlardan çəkindirəcək. Lakin düşünürəm ki, Ermənistan Azərbaycanla döyüş meydanında yalnız qala bilər”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində amerikalı politoloq Endryu Korybko deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan KTMT-dən imtina edib NATO-ya üzv olmaq istəyir” – Endryu Korybkodan EKSKLÜZİV


Ermənistanın Rusiyadan üz döndərdiyinə diqqət çəkən analitik, bölgədə və dünyada getdikcə təklənən İrəvanın daha ağır iqtisadi, siyasi və hərbi məğlubiyyətə düçar olacağını deyib.

Endryu Korybko ilə müsahibəni təqdim edirik:

- Cənab Korybko, istərdim Rusiya-Ermənistan münasibətlərindəki gərginliyi şərh edək. Mənzərə çox açıqdır. Ermənistan Moskvadan imtina edir. Bu isə Kremlin heç də arzu etdiyi ssenari deyil. İrəvanla Moskva arasında tam olaraq nə baş verir?

- Baş nazir Paşinyanın ötən həftənin sonunda ölkəsinin KTMT üzrə qarşılıqlı müdafiə müttəfiqini tənqid etdiyi müsahibəsindən sonra Rusiya-Ermənistan əlaqələri sürətlə pisləşir. Bundan sonra Ermənistan qəfildən KTMT-dəki nümayəndəsini geri çağırdı. Rusiya İrəvanın Roma Əsasnaməsini ratifikasiya etməyi niyə planlaşdırdığını soruşdu. Əvəzində Ermənistan gözlənilmədən sentyabrın 11-20-də ABŞ-la birgə təlimlər keçirəcəyini elan etdi.

Bu son üç təxribatın arxasında dayanan əsas səbəblərdən birincisi budur ki, Ermənistan Azərbaycana qarşı Rusiyanı yanında görmədiyi üçün Moskvaya bağlılıqdan imtina edir. Həmçinin Ermənistan NATO-ya keçməyə hazırlaşdığına eyham vurmaqla anti-Rusiya siyasəti yürütdüyünü təsdiq etmiş olur. 

Lakin Ermənistanın son addımları həm də özünün obyektiv milli maraqlarına ziddir. Çünki bu ölkə Qarabağın qeyri-qanuni işğalını davam etdirməyə yönəlmiş işğalçı müharibədən imtina etdiyinə görə Kremlə qəzəbləndiyi qədər, Moskva hələ də Ermənistan dövlətinin mövcudluğuna zəmanət vermək öhdəliyinə sadiqdir. Təhlükəsizliyini təmin edən ölkədən imtina etmək niyyəti ilə bağlı mesajlar verilməsi ciddi reaksiyadır və bu, əks təsir riski daşıyır.

- Mən tarix boyu Ermənistanın Rusiyaya bu qədər düşmən olduğunu xatırlamıram. Bundan sonra Moskvanın addımları nə olacaq?

- Ermənistan parlamentində müzakirə edilən: “Putin İrəvana gələrsə həbs ediləcək” kimi qanunun qəbul edilməsi fonunda Moskvanın İrəvanla hərbi və iqtisadi ittifaqlarına sadiq qalacağını təsəvvür etmək çətindir. Deyə bilərəm ki, Paşinyanın bu kimi lüzumsuz addımları əks effekt yaradacaq. Belə addım ataraq Rusiyaya vacib olduğunu sübut etdirmək istəkləri əks effekt verəcək. Bununla Azərbaycanı Rusiyanın yanında göstərmək istəyirlərsə, yanılırlar. Amerika faktiki olaraq "parçala və idarə et" məqsədilə Ermənistanı növbəti Qarabağ münaqişəsi törətməyə hazırlayır.

- Ermənistanın idarəetməsi uzun illər xarici aktorlardan asılı olub. Yəqin ki, bunu təsdiqləyərsiz. Söhbət Qərbdə yaşayan milyarder ermənilərdən gedir. Rusiyaya qarşı münasibətdə erməni diasporunun izləri ola bilər?

- Bəli, bu ehtimal Paşinyanın Fransa və ABŞ-da yerləşən radikal qərbyönlü ultra-millətçi diasporun təzyiqinə təslim olmasından sonra Ermənistanın sürətlə birtərəfli qaydada hərəkətə keçməsinin əsl səbəbini izah edir. Müşahidəçilər unutmamalıdırlar ki, Paşinyan xarici “QHT”lərin yetişdirdiyi anti-Rusiya meyilli milyarderlərin köməyi ilə hakimiyyətə gəlib. Hazırda da Paşinyan 2020-ci ilin noyabrında qəbul etdiyi, Rusiyanın vasitəçiliyi ilə götürdüyü eyni öhdəlikləri yerinə yetirməkdən imtina edərək, növbəti münaqişəni qızışdırmağa çalışır.

- Əslində məqsəd erməni xalqının rifahı deyil. Əhali üzərindən daha qlobal oynamağa çalışırlar. Bunu belə başa düşməliyik?

- Üstüörtülü fəaliyyət göstərən Fransa və ABŞ diaspor rəhbərləri bu ssenarinin Rusiyaya misilsiz strateji zərər vura biləcəyini gözləyirlər. Bir çoxları hesab edə bilər ki, Rusiya Azərbaycanın Ermənistan ərazisinə irimiqyaslı müdaxiləsini dayandırmasa, bu, ciddi müharibəyə səbəb ola bilər. Deyərdim ki, Paşinyan təhlükəli şəkildə qumar oynayır. Düşünürlər ki, Rusiya Ermənistanın Moskvaya qarşı bütün təxribatlarına baxmayaraq onu müdafiə edəcək. Lakin İrəvanın başqa bir proksi müharibə aparmaq üçün silahı, coğrafi çıxışı və ya siyasi iradəsi yoxdur. 

- Azərbaycanın gücünü yaxşı bilən Ermənistan Gürcüstan kartını oynayır. Söhbət Qərbə meyildən gedir. Bəs Qərbə Ermənistan lazımdırmı?

- Azərbaycan ötən ilin sentyabrında Ermənistana qarşı öz xüsusi hərbi əməliyyatını həyata keçirərkən Rusiya kənarda qaldı. O zaman da Qərb analitikləri bildirdilər ki, eyni proseslər yenə də təkrarlanacaq və Rusiya bu dəfə də baş verənləri kənardan izləyəcək. 

Deyərdim ki, NATO-nun ehtiyatları Ukraynanı təmin etməklə tükənib. Lakin Ermənistan Qafqazdakı növbəti Gürcüstan olmaq istəyirlər. Gürcüstanın alyansın Ermənistana tranzitinə icazə verəcəyini birmənalı qarşılamaq olmaz. Qərb ictimaiyyəti isə son aylarda yorulub. Bunu nəzərə alsaq, əgər Paşinyan növbəti Qarabağ münaqişəsinə səbəb olarsa, digər tərəfdən nə Rusiya, nə də NATO Azərbaycanı dayandırmaq üçün müdaxilə etməzsə, o zaman Ermənistan Cənubi Qafqazda sülhün təmin olunması üçün demilitarizasiya riski ilə üzləşəcək. 

Bu ssenari Ermənistanın qeyd-şərtsiz təslim olmasını, həm də qonşularının onun ərazisində ticarət etmək hüququnu da təsbit edən pasifist konstitusiyanın tətbiqi ilə nəticələnə bilər.

- Bu dəfə baş verə biləcək müharibə Ermənistanın bundan sonrakı taleyini müəyyənləşdirəcək?

- Bəli, baş verə biləcək ölüm və dağıntı Ermənistanın obyektiv milli maraqlarına uyğun gəlmir, lakin Paşinyan 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə razılaşdığı eyni öhdəliklərə əməl etsə, bundan hələ də qaçmaq olar. 

Onun etməli olduğu tək şey budur: Qoşunlarını Qarabağdan çıxarsın və ölkəsinin ərazisindən keçən regional nəqliyyat əlaqələrini açsın. Belə olan halda Ermənistan hələ də öz silahlı qüvvələrini saxlayacaq, eyni zamanda sülhün və inkişafın bəhrələrindən istifadə edəcək. Lakin Paşinyan radikal qərbyönlü və ultra-millətçi diasporun tövsiyələrinə əməl edəcəksə, ssenari onlar üçün daha təhlükəli olacaq. 

Fransa və ABŞ-ın “təsir agentləri” Rusiyaya misilsiz strateji zərər vura biləcək növbəti münaqişəni qızışdırmaq istəyirlər. Lakin Ermənistana misilsiz strateji zərər vurmaqla əks nəticənin meydana çıxması riski var.

- Cənab Korybko, təşəkkür edirəm.

- Sağ olun.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polşa işləməyən ukraynalı miqrantların sosial ödənişlərini LƏĞV EDİR

Polşa işləməyən ukraynalı miqrantların sosial ödənişlərini LƏĞV EDİR

Britaniya məhkəməsi miqrantların “kral” və “kraliçası”nı Şotlandiya meşəsindən QOVDU

Britaniya məhkəməsi miqrantların “kral” və “kraliçası”nı Şotlandiya meşəsindən QOVDU

Sərbəst güləşçimiz dünya çempionatının FİNALINDA

Sərbəst güləşçimiz dünya çempionatının FİNALINDA

Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır

Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır

“Qarabağ”ın yeni transferi ZƏDƏLƏNDİ

“Qarabağ”ın yeni transferi ZƏDƏLƏNDİ

Bakıda maşından külli miqdarda pul OĞURLANDI

Bakıda maşından külli miqdarda pul OĞURLANDI

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

Nadir Qafarzadə böyük oğlu və gəlini ilə - FOTO

Nadir Qafarzadə böyük oğlu və gəlini ilə - FOTO

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər YARANIR?

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər YARANIR?

“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi - VİDEO

“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi - VİDEO

İlon Mask britaniyalıları söz azadlığı uğrunda mübarizəyə ÇAĞIRDI - VİDEO

İlon Mask britaniyalıları söz azadlığı uğrunda mübarizəyə ÇAĞIRDI - VİDEO

FHN-dən Ağdamdakı qəza ilə bağlı MƏLUMAT

FHN-dən Ağdamdakı qəza ilə bağlı MƏLUMAT

Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO

Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO

Tbilisidə hökumət əleyhinə kütləvi aksiya KEÇİRİLİR - VİDEO

Tbilisidə hökumət əleyhinə kütləvi aksiya KEÇİRİLİR - VİDEO

“İmişli”yə TEXNİKİ MƏĞLUBİYYƏT veriləcək

“İmişli”yə TEXNİKİ MƏĞLUBİYYƏT veriləcək

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

Londonda müsəlman miqrantlara qarşı ETİRAZLAR başladı - VİDEO

Londonda müsəlman miqrantlara qarşı ETİRAZLAR başladı - VİDEO

Qızı Əməkdar artisti ölüm ildönümündə belə XATIRLADI - FOTO

Qızı Əməkdar artisti ölüm ildönümündə belə XATIRLADI - FOTO

End of content

No more pages to load

RADİO