Sabah Rusiya Qırmızı Xaç Cəmiyyətinin yük maşını Ağdama, oradan isə Əsgərana daxil olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə ermənilərə məxsus Telegram kanallarında yazılıb.
Ancaq informasiyanın hələki rəsmi təsdiqi yoxdur.
Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi bu gün baş tutmayıb. Avtomobil hazırda Bərdə şəhərində gözləyir.
Bizim.Media