Azərbaycan Xarici İşlər Nazirliyi Andorranı Milli Günü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-in rəsmi “Twitter” (hazırki “X”) hesabında paylaşım edilib.
"Andorra xalqını və hökumətini Milli Günü münasibəti ilə təbrik edir, bu münasibətlə ən xoş və ən səmimi diləklərimizi çatdırırıq.
Biz ikitərəfli əlaqələrimizin inkişafını səbirsizliklə gözləyirik!
Milli bayramınız mübarək, Andorra!", - deyə paylaşımda qeyd olunub.


Bizim.Media