Ermənistanın baş naziri Nikol Paşinyanın gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, danışıq zamanı Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili müzakirələr aparmağa hazır olduğunu açıqlayıb.
O, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin yalnız diplomatik yollarla və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.
Gürcüstanlı nazır isə regionda sülh və sabitliyin rifahı naminə səy göstərməyə hazır olduğunu bildirib.
Bizim.Media