Moldova Respublikası sentyabrın 9-da Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni beynəlxalq hüququn fundamental norma və prinsiplərinə zidd olduğu üçün tanımayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin bəyanatında qeyd edilib.
Bəyanatda bildirilir ki, Moldova Respublikası Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha nümayiş etdirir.

Bizim.Media