“Ermənistan Azərbaycanla vəziyyəti gərginləşdirmək niyyətində deyil və ilk fürsətdə müzakirələri davam etdirməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib.
Bəyanata əsasən, Ermənistan Azərbaycanla mövcud problemlərin müstəsna olaraq diplomatik yollarla həllinə sadiqdir:
“Biz regionda sabitlikdə maraqlı olan bütün tərəfdaşların diqqətini Ermənistanın ilk fürsətdə Azərbaycanla bu istiqamətdə müzakirələri davam etdirməyə hazır olduğuna cəlb edirik”.
Bizim.Media