Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu BƏYANAT YAYIB 

Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir: 

“Biz Azərbaycan-Kanada Parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, Kanada Parlamentində Qondarma “Kanada-Artsax Dostluq Qrupunun” verdiyi sonuncu bəyanatla bağlı öz dərin hiddətimizi bildiririk. 

Kanada Parlementində qondarma qrup tərəfindən verilən bəyanat Azərbaycanın suveren hüquqlarına açıq- aşkar hörmətsizlikdir, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. 

Təəssüf doğuran başqa bir məqam da budur ki, bu bəyanat Kanada Parlamentində yaradılmış və mövcud olmayan qondarma qurumun “Dostluq Qrupu” adından verilmişdir. 

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylər göstərdiyi halda, Qarabağ regionundakı etnik erməniləri girovluqda saxlayan separatçı ünsürlər və onları dəstəkləyən revanşist qüvvələr, həmçinin Ermənistan və onların havadarları bu səyləri pozmaq üçün gecə-gündüz çalışırlar. 

Azərbaycan Qarabağda yaşayan etnik ermənilərlə müzakirələr aparmaq, eləcə də həmin erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını asanlaşdırmaq üçün xüsusi nümayəndə təyin etmişdir.

O cümlədən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin mədəni, dini, təhsil və bələdiyyə hüquqlarının qorunacağına zəmanət vermişdir. 

Təssüflə qeyd etmək istərdik ki, Qarabağ bölgəsindəki separatçı rejim Azərbaycanın təkliflərinə məhəl qoymur, hətta bu təkliflərin reallaşmasına — Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən göndərilən ərzaq yardımlarının etnik ermənilərə çatdırılmasına mane olmaq üçün Ağdam-Xankəndi yolunu bağlamışdır. 

Azərbaycanın açıq şəkildə irəli sürdüyü təkliflərdən biri də odur ki, Ağdam-Xankəndi yolu açıldığı təqdirdə, Laçın yolu da işlək vəziyyətə salınacaqdır. Bu təklif təkcə Azərbaycan tərəfindən deyil, beynəlxalq tərəfdaşlar və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası çərçivəsində keçirilən son müzakirələrdə də təsdiqlənmişdir. 
Azərbaycanın Qarabağ bölgəsindəki qondarma separatçı rejim Ermənistanın Azərbaycanın suveren ərazilərini işğalını və etnik təmizləməsini ört-basdır etmək üçün istifadə edilən və hazırda Ermənistan tərəfindən dəstəklənən bir alətdir. 

Kanada Parlamentində verilən bu kimi bəyanat bir yana qalsın, ümumiyyətlə, Kanada Parlamentində belə bir qrupun olması, Kanadanın xarici siyasəti, beynəlxalq hüququn norma və prinsiplərində tutduğu mövqeyinə ziddir və biz də bunu doğru hesab etmirik. 

Kanada Parlamenti Ermənistanın bu cür təxribat xarakterli bəyanatlarına qarşı ayıq olmalı, regionda sülh prosesini, həmçinin parlamentlərimiz arasında dostluq münasibətlərinin qorunması üçün öz mövqeyini açıq şəkildə bildirməli və parlamentdə münasibətlərimizə xələl gətirən addımların atılmasına yol verməməlidir”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəmir çox mayalanarsa nə olar?

Xəmir çox mayalanarsa nə olar?

Xanəndənin xəstəxanadakı VİDEOSU icazəsiz çəkilibmiş

Xanəndənin xəstəxanadakı VİDEOSU icazəsiz çəkilibmiş

Matçda dava düşdü, iki klub da CƏZALANDIRILDI

Matçda dava düşdü, iki klub da CƏZALANDIRILDI

Sibiqa Aİ-nin İrana qarşı sanksiyalarını ALQIŞLADI

Sibiqa Aİ-nin İrana qarşı sanksiyalarını ALQIŞLADI

Bakalavr və magistr dərəcələri LƏĞV EDİLƏCƏK

Bakalavr və magistr dərəcələri LƏĞV EDİLƏCƏK

Muraddan diqqət çəkən AÇIQLAMA: “Boşandığımızı kim deyib?” - VİDEO

Muraddan diqqət çəkən AÇIQLAMA: “Boşandığımızı kim deyib?” - VİDEO

Sabiq klubu Qurban Qurbanovu TƏBRİK ETDİ

Sabiq klubu Qurban Qurbanovu TƏBRİK ETDİ

Azərbaycan ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək - RƏSMİ

Azərbaycan ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək - RƏSMİ

Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...

Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...

Xroniki yorğunluğun səbəbi nədir - ARAŞDIRMA

Xroniki yorğunluğun səbəbi nədir - ARAŞDIRMA

Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı olub

Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı olub

“Razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik” - Zelenski

“Razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik” - Zelenski

Sahibkar qadının ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc

Sahibkar qadının ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc

Poqba Argentina klubuna KEÇİR

Poqba Argentina klubuna KEÇİR

Abşeron Gənclər şəhərciyindəki yanğına görə sakinlər təxliyə edildi - VİDEO

Abşeron Gənclər şəhərciyindəki yanğına görə sakinlər təxliyə edildi - VİDEO

Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ

Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ

Tramp: “Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombalamasın”

Tramp: “Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombalamasın”

Abşeron Gənclər Şəhərciyində yanğın olub - VİDEO

Abşeron Gənclər Şəhərciyində yanğın olub - VİDEO

Türkiyəli futbolçu “Roma”dan AYRILACAQ

Türkiyəli futbolçu “Roma”dan AYRILACAQ

Fatimə Nazilə Səfərlini efirdə görüb DƏSTƏYİ ASDI - VİDEO

Fatimə Nazilə Səfərlini efirdə görüb DƏSTƏYİ ASDI - VİDEO

Pezeşkian: “Biz özümüzü müdafiə edəcəyik”

Pezeşkian: “Biz özümüzü müdafiə edəcəyik”

Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər - FOTO

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər - FOTO

End of content

No more pages to load

RADİO