Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Rəşad Məmmədov Cevdet Yılmaza yeni vəzifəsində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
Bizim.Media