“Paris meri Qarabağdakı separatçıların maraqlarını qoruyur” – XARİCİ KİV 

“2020-ci ildən Fransa paytaxtının meri Ann İdalqo Parisin problemlərini həll etmək əvəzinə, xarici siyasətlə maraqlanmağa başlayıb. Üstəlik, nədənsə onun fəaliyyət istiqaməti Cənubi Qafqaz regionuna yönəlib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Litvanın “Alfa” nəşrində dərc olunan məqalədə deyilir. 

Bildirilib ki, o, 2023-cü ilin avqustundan Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarını dəstəkləmək üçün vəsait ayırıb, tez-tez İrəvana səfər edib, həmçinin Ermənistanın dəstəklədiyi separatçı “rəhbərlik”lə müntəzəm görüşlər keçirib. 

Məqalədə qeyd edilib ki, A.İdalqo həmçinin Fransanın xarici işlər nazirinə məktublar göndərərək suveren Azərbaycan ərazilərini ələ keçirdikdən və qanunsuz olaraq nəzarətində saxladıqdan sonra legitimliyə iddia edən qondarma separatçı qurumu tanımasına çağırır. 

“Hətta Qarabağdakı separatçıları dəstəkləyən Ermənistan belə, bu məsələdə radikal addımlar atmır”, - Litva nəşrində dərc olunan məqalədə vurğulanıb. 

Yazıda bildirilib ki, A.İdalqonu Parisdən minlərlə kilometr məsafədə yerləşən Qarabağdakı separatçıların aqibəti narahat etdiyi dövrdə Fransa KİV-ləri və vətəndaş cəmiyyətləri onun Fransa paytaxtındakı fəaliyyəti ilə bağlı tənqidlər səsləndirir.

Məsələn, Fransa mediası yazır ki, A.İdalqonun fəaliyyəti çox pisdir: “Bunu anlamaq üçün sadəcə olaraq Parisin maliyyə baxımından vəziyyətinə, paytaxtda həyat keyfiyyətinin pisləşməsinə, çirkli, natəmiz küçələrə nəzər yetirmək kifayətdir”. 

Yerli “Valeurs actuelles” jurnalı qeyd edib ki, İdalqo Parisi məhvə aparan merdir. 

Vəzifə öhdəliyi ilə qətiyyən maraqlanmayan, Paris və parislilərin qayğısına qalmayan merə qarşı ciddi tənqidlərin olduğu oxşar məqalələr Rumıniyanın “Stiripesurse” və Latviyanın “La.lv” nəşrlərində də dərc olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

End of content

No more pages to load

RADİO