İrandan nüvə proqramında GERİ ADDIM – Tehran Qərblə BARIŞIR? 

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vendant Patel dünən Beynəlxalq Atom Enerjisi Agentliyinin İranda 60% zənginləşdirilmiş uran ehtiyatı səviyyəsi ilə bağlı hesabatına reaksiya verməkdən imtina edərək sadəcə qeyd edib ki:

“Belə bir səviyyədə uranı zənginləşdirmə dinc məqsədli ola bilməz. İran uranın zənginləşdirilməsini azalda bilər, lakin nüvə inkişafını davam etdirir”
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Azərbaycana qarşı İrana 6 milyard dollar AYIRIB? – SENSASİON İDDİA 


Atom Enerjisi üzrə Beynəlxalq Alyansın hesabatında isə deyilir ki, İranın 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları silah istehsal etməyə yaxındır. Bəyan edilməmiş nüvə təsisatları ilə bağlı Tehranla danışıqlarda heç bir irəliləyiş yoxdur. 

Hesabatda bildirilir ki, İranın zənginləşdirilmiş uran ehtiyatı təxminən 7,5 kq artaraq 121,6 kq-a çatıb, baxmayaraq ki, onun 6,4 kq-ı zənginləşdirilmiş uranla daha az seyrəldilib. Maraqlıdır ki, belə vəziyyətdə İranın müdafiə naziri oktyabr ayında silah embarqolarının sona çatacağını iddia edib. 

İran Silahlı Qüvvələrinin Müdafiə və Dəstək naziri Əmir Məhəmmədrza Aştiani ölkədə çıxan ərəbdilli “Əl-Vəfaq” qəzetində dərc etdiyi yazıda İrana qarşı bütün silah sanksiyalarının cari ilin oktyabr ayında sona çatacağını vurğulayıb.

Qeyd edək ki, İranın müdafiə nazirinin bu iddiasına baxmayaraq, avropalı diplomatlar daha öncə İrana qarşı tətbiq edilən silah embarqosunu ləğv etməyəcəklərini bəyan ediblər. 

İran göründüyü kimi, uranın zənginləşdirilməsi prosesinin sürətini azaltdığını açıqlayıb. Eyni zamanda İran müdafiə naziri oktyabrdan etibarən silah sanksiyalarının sona çatacağını bəyan edir.

Olmaya İran Qərblə barışır?

Bizim.Media-ya açıqlama verən politoloq Tural Rzayev bildirib ki, Tehran artıq bəzi Avropa ölkələri, xüsusən də Fransa və Almaniya ilə razılıq əldə edib:

“İran müdafiə nazirinin embarqo ilə bağlı açıqlaması isə göstərir ki, Tehran artıq bəzi Avropa ölkələri, xüsusən də Fransa və Almaniya ilə razılıq əldə edib”.

Ekspert hesab edir ki, Tehran bu kimi açıqlamalarla sadəcə olaraq özünə qarşı olan təzyiqləri azalda biləcəyini düşünür: 

“İranın bu kimi açıqlamalar verməkdə bir sıra məqsədləri var. Tehran düşünür ki, bu kimi açıqlamalarla özünə qarşı olan təzyiqi azalda, beynəlxalq koalisiyanı zəiflədə bilər. Eyni zamanda, molla rejimi bu kimi bəyanatlar yaymaqla Avropa ölkələri ilə iqtisadi-siyasi münasibətləri inkişaf etdirə biləcəyini zənn edir. Sirr deyil ki, Avropa ölkələri İrana qarşı hərbi əməliyyat və sanksiyaların əleyhinədir.

Onlar bu müstəvidə Tehranla qarşılıqlı iktərəfli münasibətlərin inkişafında maraqlıdırlar. İran zənginləşdirilmiş uran ehtiyatını 60 faizə salmaqla dünyaya nümayiş etdirmək istəyir ki, o nüvə silahı istehsal etmək istəmir və nüvə proqramları sülhə xidmət edir”.

ABŞ-la İsrailə gəldikdə isə, həmsöhbətimizə görə, bu iki ölkə İrana zərbə endirməkdə daha qəti qərara gəliblər: 

“Son günlər İrana qarşı ABŞ və İsrail koalisiyasının hərbi təlimlərinin intensivləşdiyini görürük. ABŞ İraqın şimalı və cənubunda hərbi aktivliyini artırıb. Bu da onu göstərir ki, Vaşinqtonla İsrail İrana zərbə endirməkdə daha qəti qərara gəliblər. Uranın zəmginləşdirilməsinin azalması hələ ABŞ-la İran arasında münasibətlərin normallaşmasına gətirib çıxarmayacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

End of content

No more pages to load

RADİO