Türkiyəli siyasətçi Sinan Oğan son paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, siyasətçi “X” hesabında Xankəndi ilə bağlı fikirlərini bölüşüb.
Oğan “Xankəndi Türk dünyasının qürurudur”, - deyə qeyd edib.
Qeyd edək ki, Sinan Oğan Türkiyədə keçirilən sonuncu Prezident seçkilərində namizədliyini irəli sürmüşdü.
İlk turda yetərli səsi qazana bilməyən siyasətçi, ikinci turda Türkiyənin hazırki Prezidenti Rəcəb Tayyip Ərdoğana dəstəyini ifadə etmişdi.

Bizim.Media