“Azərbaycanla Şimali Makedoniyanı dostluq və əməkdaşlıq münasibətlərinin birləşdirir”
Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Makedoniya Prezidenti Stevo Pendarovskiyə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda qeyd olunub.
“İnanıram ki, ölkələrimizin rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Bizim.Media