Ədliyyə Nazirliyi Azərbaycan Xalq Partiyasının üzvlərinin reyestrini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə AXP sədri Pənah Hüseyn sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası, AĞ Partiya, Vətəndaş Həmrəyliyi, Azərbaycan Milli İstiqlal, Ümid və Milli Cəbhə Partiyalarının üzvlərinin reyestri təsdiqlənib.
Bizim.Media