TDT-yə üzv ölkələrin iştirakı ilə “Bakı 2023” beynəlxalq təlimi keçirilib - FOTO 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumlarına məxsus xilasetmə qüvvə və vasitələrinin iştirakı ilə “Bakı 2023” beynəlxalq təlimi keçirilib. 

Bizim.Media xəbər verir ki, təlimi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistanın fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz, həmçinin Azərbaycanın Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Sərhəd Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər vəzifəli şəxsləri də iştirak ediblər. 

Təlim irimiqyaslı fövqəladə hallar zamanı TDT-nə üzv ölkələrin fövqəladə halların idarə edilməsinə cavabdeh qurumlarının xilasetmə qüvvə və vasitələrinin birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanlarının müəyyən edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və bununla bağlı qərargahların əməliyyat hazırlığının yüksəldilməsi, irimiqyaslı fövqəladə hadisələr zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili məqsədilə keçirilib. 

Əvvəlcə, təlimdə iştirak edən xilasetmə qurumlarının texnika və avadanlıqlarına baxış keçirilib. 

Sonra təlim qərargahında TDT-nə üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının böhranların idarə edilməsi üzrə mərkəzləri ilə videorabitə vasitəsilə əlaqə yaradılıb, aidiyyəti qurumlar tərəfindən təlimlə bağlı görülən işlər barədə məruzələr edilib. 

Sonra təlimin praktiki hissəsinə başlanılıb. Təlim planına uyğun olaraq episentri Xəzər dənizində olmaqla, Bakı şəhərindən 110 kilometr cənub-şərqdə dağıdıcı zəlzələ baş verib.

Şərti zəlzələ nəticəsində bir sıra şəhər və rayonlarda hündürmərtəbəli binalar və sənaye müəssisələrində dağıntılar yaranıb, infrastruktur şəbəkələri sıradan çıxıb. Vətəndaşlar arasında ölənlərin və dağıntılar altında qalanların olduğu bildirilir. 
Şərti hadisə ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə dərhal axtarış-xilasetmə, zəlzələ nəticəsində yaranmış yanğınların söndürülməsi və digər zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılır. 

Dağıntıların miqyası nəzərə alınaraq yardım üçün edilən müraciət əsasında TDT-nə üzv ölkələrin müvafiq qurumlarının qüvvələri hadisə bölgəsinə göndərilir və yerli qurumlarla birgə zəlzələnin nəticələrinin aradan qaldırılması əməliyyatı icra olunur. 

Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub. 

Sonda Azərbaycanın Dövlət bayrağı və TDT-in bayrağı ilə təlim ərazisi üzərindən uçan FHN-in Aviasiya dəstəsinin və Türkiyə Respublikasının təlimdə iştirak edən helikopterlərinin paradı keçirilib. 

Qeyd edək ki, təlimdə TDT ölkələrinin aidiyyəti qurumlarının ümumilikdə 8 helikopteri və 1 amfibiya təyyarəsi, 245 xüsusi təyinatlı texnikası, 6 xüsusi təlim görmüş iti və 1180 nəfərdən ibarət canlı qüvvəsi iştirak edib.  
Həmçinin təlimdə Azərbaycanın FHN ilə yanaşı, Daxili İşlər Nazirliyi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, “Azərbaycan Dəmir Yolları” və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının qüvvələri də iştirak ediblər.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

End of content

No more pages to load

RADİO