Milli Cəbhə Partiyası (MCP) Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən Milli Cəbhə Partiyasının (MCP) təqdim etdiyi üzv siyahılarını yoxlayıb.
Nazirlik partiyanın üzvlərinin reyestrini təsdiq edib.
“Bütün üzvlərimizi ürəkdən təbrik edirik. Vətənimiz, xalqımız, dövlətimiz üçün xeyirli-uğurlu olsun”, - deyə partiyanın yaydığı məlumatda qeyd olunub.
Bizim.Media