Hikmət Hacıyev: “Ermənistan sülhün bərqərar olmaması üçün əlindən gələni edir”

“Ermənistan Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində deyib.

O, qeyd edib ki, Azərbaycan bu müharibənin başa çatdığına inanır:

“Təəssüf, Ermənistan tərəfinin addımlarından görünən odur ki, o, Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir. Amma biz sülhə nail olmaq imkanının itirilməsinə yol vermək istəmirik”.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Ermənistana sülh sazişi imzalamağı təklif edib:

“Bu proses ABŞ və bir sıra digər ölkələr tərəfindən dəstəklənir. Lakin ikinci mühüm mərhələ Qarabağ əhalisinin Azərbaycanın siyasi, iqtisadi və sosial spektrinə reinteqrasiyasıdır”.

“Təəssüf ki, Ermənistana tabe olan, onun tərəfindən maliyyələşdirilən və dəstəklənən separatçı qurumu görürük. Onlar boz zona statusunu saxlamağa, Azərbaycanın siyasi, sosial və iqtisadi həyatına reinteqrasiya olmamağa çalışırlar", - Prezidentin köməkçisi vurğulayıb.

O bildirib ki, Azərbaycan yeni yollar salıb, həmçinin onları ölkənin qalan hissəsi ilə birləşdirib:

“Ermənistanı Qarabağla birləşdirən Laçın-Xankəndi yolu var. Amma logistika və nəqliyyat baxımından daha səmərəli, böyük potensiala malik, bütün Azərbaycan bazarlarına və qonşu ölkələrə birbaşa çıxışı olan Ağdam-Xankəndi yolu da var”.

H.Hacıyev əlavə edib ki, bu, reinteqrasiya prosesi üçün yaxşı imkandır: “Lakin qarşı tərəf inadla “yox” deyir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

End of content

No more pages to load

RADİO