"Fransa prezidenti Emmanuel Makronun bu həftə Azərbaycana səfəri ilə bağlı yayılan xəbərlər şayiədir".
Bizim.Media xəbər verir ki, bu informasiyanı Fransanın Azərbaycandakı səfirliyi yayıb.
Erməni mediası da Makronun İrəvana səfər etməyəcəyini qeyd edib:
“Fransa prezidentinin Ermənistana səfəri nəzərdə tutulmayıb. Yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Qeyd edək ki, Makronun hər iki ölkəyə bu həftənin sonuna planlaşdırılan səfəri haqda informasiyanı erməni mətbuatı yaymışdı.
Bizim.Media