Slovakiya nümayəndə heyəti Cıdır düzündə - FOTO 

Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətinin Şuşa şəhərinə səfəri sentyabrın 6-da Cıdır düzündə yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, Slovakiya nümayəndə heyətinə Cıdır düzü haqqında məlumatlar verilib.

Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib. 
Əlavə olunub ki, Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib.

Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir. 

Bildirilib ki, əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan Cıdır düzündə hər il may ayında “Xarıbülbül” musiqi festivalları da keçirilirdi. 

1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, bu müqəddəs məkan mədəniyyət və incəsənət əsərlərində yaşadıldı və unudulmadı. 

Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərdən sonra Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan edib. Bu Sərəncamla Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalı da bərpa olunub. 
Qeyd edək ki, bu, Boris Kolların Cıdır düzünə ikinci gəlişidir. Bundan əvvəl isə ötən il iyunun 11-də burada olub. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

End of content

No more pages to load

RADİO