“Ermənistan münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmir, ziddiyyətli yanaşmasını davam etdirir, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayınır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyada bu ölkənin xarici və Avropa işləri naziri Qordan Qrliç Radmanla görüşü sonrası keçirdiyi mətbuat konfransında səsləndirib.
Nazir Ermənistanın siyasi və hərbi təxribatlara əl atdığı, silahlı qüvvələrini hələ də ərazilərimizdən tam olaraq çıxarmadığını, bununla da öhdəliklərini kobud şəkildə pozduğu, bölgədə təhlükəsizliyə təhdid yaratdığını diqqətə çatdırıb.
Bizim.Media