Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesi ilə nəyi müzakirə edib? - FOTO

Sentyabrın 6-da Türkiyənin Azərbaycanda yeni təyin edilən hərbi attaşesi general Soner Oruçoğlu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.

General-polkovnik Z.Həsənov Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycanın müdafiə naziri iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb.
Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti barədə məlumat verib.

General-polkovnik Z.Həsənov general S.Oruçoğluya Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general S.Oruçoğlu ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Hərbi attaşe Azərbaycan-Türkiyə əlaqələrinin, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Türkiyə Respublikasının Azərbaycan Respublikasında yeni təyin edilən hərbi attaşesi müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov ilə də görüşüb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Atası ona hər ay 1 milyon dollar cib xərcliyi verir

Atası ona hər ay 1 milyon dollar cib xərcliyi verir

Oman XİN başçısı: “Azərbaycanın strateji coğrafi mövqeyi logistika sahəsində geniş imkanlar yaradır”

Oman XİN başçısı: “Azərbaycanın strateji coğrafi mövqeyi logistika sahəsində geniş imkanlar yaradır”

"Baş məşqçi olmaq istəməzdim"

"Baş məşqçi olmaq istəməzdim"

Xəmir çox mayalanarsa nə olar?

Xəmir çox mayalanarsa nə olar?

Xanəndənin xəstəxanadakı VİDEOSU icazəsiz çəkilibmiş

Xanəndənin xəstəxanadakı VİDEOSU icazəsiz çəkilibmiş

Matçda dava düşdü, iki klub da CƏZALANDIRILDI

Matçda dava düşdü, iki klub da CƏZALANDIRILDI

Sibiqa Aİ-nin İrana qarşı sanksiyalarını ALQIŞLADI

Sibiqa Aİ-nin İrana qarşı sanksiyalarını ALQIŞLADI

Bakalavr və magistr dərəcələri LƏĞV EDİLƏCƏK

Bakalavr və magistr dərəcələri LƏĞV EDİLƏCƏK

Muraddan diqqət çəkən AÇIQLAMA: “Boşandığımızı kim deyib?” - VİDEO

Muraddan diqqət çəkən AÇIQLAMA: “Boşandığımızı kim deyib?” - VİDEO

Sabiq klubu Qurban Qurbanovu TƏBRİK ETDİ

Sabiq klubu Qurban Qurbanovu TƏBRİK ETDİ

Azərbaycan ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək - RƏSMİ

Azərbaycan ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək - RƏSMİ

Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...

Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...

Xroniki yorğunluğun səbəbi nədir - ARAŞDIRMA

Xroniki yorğunluğun səbəbi nədir - ARAŞDIRMA

Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı olub

Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı olub

“Razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik” - Zelenski

“Razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik” - Zelenski

Sahibkar qadının ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc

Sahibkar qadının ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc

Poqba Argentina klubuna KEÇİR

Poqba Argentina klubuna KEÇİR

Abşeron Gənclər şəhərciyindəki yanğına görə sakinlər təxliyə edildi - VİDEO

Abşeron Gənclər şəhərciyindəki yanğına görə sakinlər təxliyə edildi - VİDEO

Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ

Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - RƏSMİ

Tramp: “Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombalamasın”

Tramp: “Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombalamasın”

Abşeron Gənclər Şəhərciyində yanğın olub - VİDEO

Abşeron Gənclər Şəhərciyində yanğın olub - VİDEO

Türkiyəli futbolçu “Roma”dan AYRILACAQ

Türkiyəli futbolçu “Roma”dan AYRILACAQ

Fatimə Nazilə Səfərlini efirdə görüb DƏSTƏYİ ASDI - VİDEO

Fatimə Nazilə Səfərlini efirdə görüb DƏSTƏYİ ASDI - VİDEO

Pezeşkian: “Biz özümüzü müdafiə edəcəyik”

Pezeşkian: “Biz özümüzü müdafiə edəcəyik”

End of content

No more pages to load

RADİO