\"Unun etnik mənsubiyyəti yoxdur, ermənilər niyə bundan imtina edirlər?\" - Hikmət Hacıyev 

“Ermənistanda "azərbaycanlı" və ya "türk" sözü təhqir kimi işlədilir. Bu, erməni cəmiyyətindəki əsas düşüncə haqqında çox şey deyir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News”a müsahibəsində deyib.

Onun sözlərinə görə,  irqi ayrı-seçkiliyin bütün formalarının tam ləğvi haqqında Beynəlxalq Konvensiyaya əsasən, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Ermənistana qarşı çox ciddi plan ortaya qoyub.

Hikmət Hacıyev etnik nifrət və Azərbaycanafobiya ilə bağlı bir çox nümunələr göstərə biləcəyini vurğulayıb:

“Faktlar öz sözünü deyir. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün mədəni, dini və hətta bəşəri irsinin bütün elementlərini məhv edib. Ona görə də bəzi beynəlxalq media orqanlarının Ermənistanın siyasi təbliğatının tələsinə düşməsindən təəssüflənirəm.

Ermənilər Azərbaycandan göndərilən unu götürməmək üçün dirənirlər. Mənə etnik nifrətlə bağlı sual verirsiniz. Bəs, bu nədir? Buğda ununun etnik mənsubiyyəti yoxdur. Hər kəsin istifadə edə biləcəyi əsas qidadır. Bəs, niyə bundan imtina edirlər?".

H.Hacıyev Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun avqust ayında Laçın dəhlizinin "blokadasını" soyqırım kimi xarakterizə edən hesabat dərc etməsinə də münasibət bildirib.

O söyləyib ki, ədalət adından danışdığını iddia edən bu şəxsin ilk növbədə şəxsiyyəti, dürüstlüyü sual altındadır:

“Beynəlxalq mediada onun qanunsuz əməlləri ilə bağlı çoxlu faktlar var. Amma bu, mənim işim deyil.

İkincisi, mən təəssüf edirəm ki, hüquqşünas olduğunu iddia edən şəxs soyqırım anlayışından onun nə demək olduğunu bilmirmiş kimi sui-istifadə edib.

Üçüncüsü, o, qərəzlidir. Niyə Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində törətdiyi soyqırım və hərbi cinayətlərdən danışmır? Azərbaycanın 8 şəhəri mülki əhali ilə birlikdə tamamilə dağıdılıb. Okamponun hesabatında bu fakt haradadır? 1992-ci ildə Srebrenitsadan əvvəl Azərbaycanın Xocalı şəhərinin bütün əhalisi ermənilər tərəfindən qətlə yetirilərkən Okampo harada idi?”.

Hikmət Hacıyevin sözlərinə görə, əsas məsələ kimin kimə qarşı soyqırım törətdiyini sual etməkdir:

“Kim kimə qarşı soyqırımı törədib? Böyük sual budur. Öz torpağından etnik təmizləməyə məruz qalmış, 30 ildir məcburi köçkün və qaçqın həyatı yaşayan bir milyon azərbaycanlı baxımından cavab verilməli sual budur. Okampo Azərbaycanın mədəni irsi, o cümlədən Ermənistan tərəfindən tamamilə dağıdılan Azərbaycan məscidləri ilə bağlı niyə susur?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

End of content

No more pages to load

RADİO