Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyinin rəsmi “Twitter” (hazırki "X") hesabında məlumat verilib.
Bildirilib ki, görüşdə ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media