"Macarıstanın Azərbaycanla dostluğu iqtisadi vəziyyətdən asılı deyil. Təbii qaz mənbələri aşkar edilməmişdən xeyli əvvəl də rəsmi Bakı ilə dost olmuşuq".
Bizim.Media xəbər verir ki, bu fikirləri Macarıstanın xarici işlər naziri Peter Szijarto Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Budapeştdə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
“Yadımdadır, biz 2010-2011-ci illərdə Azərbaycanla əlaqələr qurmağa başlayanda Avropada bizə pis baxırdılar. Qərbi Avropa liderlərinin indi Bakıda prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə düzülməsini və bir-birini itələdiyini görmək gülməlidir”, - deyə Macarıstanın xarici işlər naziri bildirib.
Bizim.Media