Paşinyan Rusiyaya qarşı CƏBHƏ AÇDI – “Moskva ilk fürsətdə Nikolu CƏZALANDIRACAQ”

Ermənistan baş naziri Nikol Paşinyan İtaliyanın "La Repubblica" nəşrinə müsahibəsində deyib ki, Ermənistanın təhlükəsizliyinin sadəcə Rusiyadan asılı olması "strateji səhv" olub. Onun sözlərinə görə, rəsmi Moskva təhlükəsizliyi təmin edə bilmir və regiondan çəkilmək mərhələsindədir.

Ermənistan baş naziri Rusiyanın öz atdığı və ya atmadığı addımlara görə Cənubi Qafqazı tərk edəcəyini deyib:

"Rusiya artıq uzun müddətdir ki, Cənubi Qafqazdadır. Ancaq biz elə hallar görmüşük ki, bir gün, bir ay və ya bir ildə Rusiya Qafqazı tərk edib. Məsələn, indi bir çox rusiyalı tərəfdaşlarımız qərb dövlətlərinin Ermənistanla işləməsindən və ya Ermənistan hökümətini Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlmiş tədbirlər görməyə sövq etməsindən danışırlar". 
 

MÖVZU İLƏ BAĞLI:

Erməni mətbuatı Paşinyanın iç üzünü açdı: “Müharibəni qızışdırır”


"Ancaq rusiyalı tərəfdaşlarımızla danışanda öz fikrimiz səsləndiririk ki, Rusiya öz atdığı və ya atmadığı addımlara görə regiondan gedir. Hansı səbəblərdən olduğunu isə bilmirik...." - o söyləyib.

Paşinyan bu açıqlaması ilə Rusiyaya qarşı cəbhə açdığını açıq şəkildə ortaya qoyur.

Hakimiyyətə gələndən Qərbpərəst siyasətilə seçilən Paşinyanın əvvəl-axır Rusiyaya qarşı belə münasibət sərgiləyəcəyini açıq şəkildə bəyan edəcəyi gözlənilən idi. Aydındır ki, Paşinyan belə bir açıqlamanı özbaşına verməyib. Burada Qərbdəki hamilərinin dəst-xətti hiss olunur. 

Moskvanın belə olan halda Paşinyanın açıqlamasını sükutla qarşılayacağı da gözlənilmir. Kreml özündən asılı olanların belə hərəkətlərini heç zaman bağışlamır. Bu mənada da aydındır ki, Rusiya Paşinyana varlığını xatırlatmalı olacaq.   

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Rusiya sözügedən açıqlamaya görə, birmənalı olaraq Paşinyanı cəzalandıracaq: 

“Rusiya kanallarına artıq təlimatlar verilib ki, onlar Azərbaycanı nahaq yerə, heç bir dəlil olmadan tənqid etməsinlər. Çünki regionda gərginlik yaradan Ermənistan, onun yarıtmaz siyasəti və əsassız tələbkarlığıdır. Ermənistan normal, suveren dövlət olsaydı, özünü hansısa bir dövlətdən asılı edib, sonra da bunun strateji səhv olduğunu deməzdi. Azərbaycan bu kontekstdə olduqca gözəl nümunə göstərir. Azərbaycan milli maraqlara söykənən siyasət yürüdərək, özünə güvənir, həm Qərb, həm də Şərqlə normal, taraz siyasət yeridir. İrəvan isə bu baxımdan həm Rusiyadan, həm də Qərbdən asılıdır.

Ona görə də fürsət düşən kimi, özünü gah ona, gah da o birisinə satır. Belədə çalışır ki, onlardan hansısa bir pay qoparsın. 

Digər tərəfdən də narazılığını ifadə edir. Rusiya bölgəni tərk etmir. Etsə belə bunun Ermənistana nə dəxli var. 120-150 il bundan əvvəl erməni hərəkatının liderləri alət olaraq, özlərini digər qüvvələrə, Rusiyaya, Fransaya, Antantaya təhvil verdikləri kimi, indi də həmin ənənələrini saxlamaqda davam edirlər. Ona görə də Ermənistanın müstəqilliyi haqqında danışmağa dəyməz. O asılı məmləkətdir. Ermənistanın bu mənada müqəddəratı çox dumanlıdır. Rusiya sözügedən açıqlamaya görə, birmənalı olaraq fürsət düşən kimi, Paşinyanı cəzalandıracaq”. 

Ekspert qeyd edir ki, əslində Ermənistanın qayğılarının həlli Rusiya və yaxud Avropada deyil, Qafqazdadır: 

“İrəvan Türkiyə və Azərbaycanla barışığa getməli və ağlını başına yığmalıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

End of content

No more pages to load

RADİO