ABŞ-ın Dövlət katibi Novruz bayramında

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society) moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Tədbirdə yüksək səviyyəli qonaqlar qismində ABŞ Dövlət katibi Antoni Blinken, Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Mətyü Lussenhop, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ Milli Qvardiyasının rəhbərinin müavini general-leytenant Mark Sassevil Novruz bayramı ilə əlaqədar təbrik mesajlarını çatdırıblar.

Dövlət katibi Antoni Blinken çıxışı zamanı Novruz bayramının bir çox ABŞ vətəndaşları tərəfindən hər il qeyd edildiyini, min illər tarixi olan bu bayramın tədbiri təşkil edən ölkələrin xalqları ilə ABŞ xalqını birləşdirdiyini vurğulayıb.

Novruzun yeni başlanğıc, yeni imkanlar və ABŞ-la tədbiri təşkil edən bütün ölkələr arasında yeni əməkdaşlıq üçün ümid olduğunu diqqətə çatdırıb.

Dövlət katibinin köməkçisi vəzifələrini icra edən Mətyü Lussenhop çıxışı zamanı Novruzun birgə dəyərlərin və mədəni zənginliyin gözəl nümunəsi olduğunu bildirib.

Ölkələrimizin mədəni irsi və ABŞ-la tərəfdaşlığına böyük qiymət verdiyini qeyd edib. ABŞ-la sözügedən ölkələr arasında yenilənmiş və davamlı tərəfdaşlıq istiqamətində çalışacaqlarını vurğulayıb.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Novruz bayramının yenilənmə zamanı olduğu, neqativ fikirlərdən və auradan azad olmaq üçün fürsət təşkil etdiyini diqqətə çatdırıb. Novruz bayramının Azərbaycan üçün ən əhəmiyyətli bayramlardan olduğunu, Orta Asiya və Əfqanıstan ilə həyata keçirilən əməkdaşlıq layihələrinin dostluq və qardaşlıq münasibətlərimizin inkişafı baxımından vacib rol oynadığını vurğulayıb.

Bu layihələrə misal olaraq, Xəzər dənizində Türkmənistanla “Dostluq” yatağı üzrə əməkdaşlıq perspektivlərindən və Lapis Lazuli kimi kommunikasiya xəttlərindən bəhs edib. Bu ilki Novruz bayramının ölkəmiz üçün unikal olduğu, Azərbaycanın ötən ilin sonunda işğal altında olan torpaqlarının azad edildiyini və bu il son 30 ildə ilk dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Novruz bayramını qeyd etdiyimizi diqqətə çatdırıb.

Bölgəmizdə regional əməkdaşlıq üçün yeni reallıq və imkanlar yarandığı, Azərbaycanın Ermənistan da daxil olmaqla region ölkələri ilə sülh və əminamanlıq mühitində, daha da inteqrasiya olunmuş regionda yaşaması üçün şərait yarandığını vurğulayıb.

Tədbir zamanı ölkələrin tarixini, mədəniyyətini və ənənələrini əks etdirən, Novruz bayramı münasibətilə hazırlanmış xüsusi video reportajlar yayımlanıb. Bununla yanaşı, ölkələrin musiqi nümunələrindən parçalar qonaqların diqqətinə çatdırılıb.

Azərbaycan Respublikasının tar ustası, əməkdar artist Vüsal İsgəndərzadə Azərbaycan musiqisinin gözəl bir nümunəsini ifa etdi.

Novruz tədbiri ABŞ-da yaşayan çoxsaylı icma nümayəndələri, ABŞ rəsmiləri izləyib. Tədbirdən sonra, ABŞ dövlət qurumlarına və rəsmi şəxslərinə tədbirin təşkilatçıları olan ölkələr tərəfindən birgə hazırlanmış ölkə mətbəxlərinin təamları və bayram azuqəsi göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

End of content

No more pages to load

RADİO