“Bir gün bu nemətlərin dadına İrəvanda, Zəngəzurda baxacağıq” - Hikmət Babaoğlu

"Hazırda Qərbi azərbaycanlılar öz talelərinin çox həlledici mərhələsindən keçir".

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə keçirilən “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbirdə deyib.

Qərbi Azərbaycan coğrafiyasının məhz ümummilli mədəniyyətimizin mərkəzlərindən biri olduğunu vurğulayan H.Babaoğlu keçirilən tədbirin ilk növbədə milli-etnik arealımızın necə böyük olmasından xəbər verdiyini bildirib:

"Hazırda ermənilər tərəfindən etnik təmizləmə siyasətinin qurbanı olmuş azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq şansının yarandığı bir vaxtda bu, milli mədəniyyətimizin bütövlüyünü göstərir. Hazırda Qərbi azərbaycanlılar öz talelərinin çox həlledici mərhələsindən keçir. 2022-ci ilin dekabr ayında Azərbaycan Prezidenti Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı ilə bağlı konseptual bir çıxış etdi.

Hazırda bu, bir tarixi fürsətdir, bir tarixi hadisədir ki, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması ilə bağlı məsələnin də danışıqların bir predmeti olduğunu dilə gətirdi. Bu, əlbəttə, mühüm bir tarixi hadisədir.

Buraya toplaşan Qərbi azərbaycanlılar hər birimiz əminik ki, biz yenidən öz tarixi torpaqlarımıza qayıtmaqla, yaratdığımız mədəniyyət nümunələrinin inkişafını yeni nəsillə birlikdə davam etdirəcəyik. Ona görə də burada iştirak edən hər kəsə təşəkkür edirəm. Bugünkü tədbirdə mətbəx nümunələri, xörəklər də yer alır. Bizlər əminik ki, bir gün bu nemətlərin dadına İrəvanda, Zəngəzurda  baxacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

End of content

No more pages to load

RADİO