Prezidentdən FƏRMAN - “Tik-idarə et-təhvil ver”

Prezident İlham Əliyev 7 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” (TİT) modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı fərmana əsasən, sözügedən qaydada “namizəd şirkət” “namizəd” anlayışı ilə əvəz olunub.

Söhbət investisiya layihələrinin TİT modeli çərçivəsində həyata keçirilməsinə maraq göstərərək, bu məqsədlə təşkil olunmuş müsabiqədə iştirak edən investordan gedir.

Bundan başqa, Qaydaya edilmiş digər dəyişikliyə görə, bundan sonra aşağıdakı hallarda səlahiyyətli orqanın əsaslandırılmış qərarı ilə investor müsabiqə keçirilmədən birbaşa cəlbetmə üsulu ilə müəyyən edilir:

- insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olmuş fövqəladə hadisə ilə əlaqədar olaraq hər hansı investisiya layihəsinin həyata keçirilməsinə təcili ehtiyac yaranması və bununla bağlı müsabiqənin təşkilinin və keçirilməsinin sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmaması;

- investisiya layihəsinin yalnız konkret investor tərəfindən həyata keçirilməsinin mümkünlüyü və ya konkret investorun investisiya layihəsinin predmeti ilə bağlı müstəsna hüquqlara malik olması, heç bir alternativinin və ya əvəzedicisinin olmaması.

Həmçinin bundan sonra bütün namizədlər və yaxud müəyyən namizədlər arasında keçirilən müsabiqənin baş tutmuş hesab edilməsi üçün bu üsullarla keçirilən müsabiqədə azı 2 namizəd iştirak etməlidir.

Keçirilən müsabiqədə namizədlərin sayı 2-dən az olduqda, müsabiqə baş tutmamış hesab edilir. İndiyə qədər qüvvədə olan Qaydaya görə namizədlərin sayına olan tələb 3 idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

End of content

No more pages to load

RADİO