ABŞ-da azərbaycanlı konsul yəhudi icmasını bir yerə topladı - SƏBƏB NƏDİR?

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los Ancelesdə yerləşən bir sıra aparıcı yəhudi təşkilatlarının, o cümlədən Amerika Yəhudi Komitəsi, Simon Vizental Mərkəzi, İran Amerika Yəhudi Federasiyası və digər təşkilatların rəhbərləri və üzvləri ilə, eləcə də tanınmış sinaqoqların rəhbərləri ilə son bir neçə ay ərzində çoxsaylı görüşlər keçirib.

Baş Konsulluqdan Bizim.Media verilən xəbərə görə, 700 mindən çox yəhudinin yaşadığı Los Anceles dünyada Nyu York və İsraildən sonra yəhudilərin ən çox məskunlaşdığı yerdir.

Azərbaycanın Los Ancelesdəki bu nüfuzlu icma ilə güclü dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. 

Görüşlərdə Cənubi Qafqaz regionundakı son vəziyyət, Azərbaycanın Vətən Müharibəsi və bu müharibənin nəticələri ətrafında geniş fikir mübadiləsi aparılıb. Baş konsul Azərbaycan və Ermənistanın imzaladığı 10 noyabr bəyanatının regionda davamlı sülhə və barışığa gətirib çıxaracağına ümidvar olduğunu bildirib.

Azərbaycanla İsrail arasındakı 30 illik dostluq əlaqələrindən bəhs edən N. Ağayev iki ölkənin enerji təhlükəsizliyi, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və digər mühüm sahələrdə güclü əməkdaşlıq əlaqələri qurduğunu vurğulayıb.

Baş konsul həmçinin son illərdə Azərbaycan və İsrail xalqları arasında da əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

O, bu xüsusda pandemiyadan öncə təkcə 2019-cu ildə 40 min İsrail vətəndaşının ölkəmizə səfər etdiyini qeyd edib.

N. Ağayev ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyini bildirib.

Baş konsul, ölkəmizdə 30 min yəhudinin müsəlman və xristianlar ilə tam harmoniya şəraitində yaşadığını, çoxlu sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzi və digər institutlara sahib olduğunu vurğulayaraq, Azərbaycanın dinlərarası sülh və multikulturalizm ənənələrinin qorunub saxlanmasına böyük önəm verdiyini söyləyib.

Təqdimatlardan sonra baş konsul N. Ağayev görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

End of content

No more pages to load

RADİO