Ceyhun Bayramov səfirlərlə görüşdü - FOTO

Xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ölkəmizdəki səfirləri ilə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Məlumata görə, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən münaqişədən sonra yaranan yeni reallıqlar, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrası ilə bağlı bir sıra məqamlar, post münaqişə dövrünün bərpa və quruculuq işləri, tərəfdaş dövlətlərin bu prosesdə iştirakı, bölgədə yaranan yeni əməkdaşlıq imkanları barədə məlumat verib.

Eyni zamanda, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe (hərbçilərini gizli şəkildə Azərbaycan ərazilərinə göndərməsi, azad olunmuş ərazilərdə yerləşdirilmiş minalarla bağlı xəritələri Azərbaycana verməməsi) diplomatik nümayəndəliklərin rəhbərlərinin diqqətinə çatdırılıb.

Ermənistanın beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən bu ölkəyə təzyiq göstərilməməsinin sonuncuda yanlış illüziya yaratdığı qeyd olunub.

Bölgədə dayanıqlı sülh və sabitliyin, inkişafın təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin vacib olduğu bildirilib.

İƏT-in hər zaman Azərbaycanın haqq mövqeyinə birmənalı dəstək verdiyi və bu xüsusda, 44 günlük Vətən müharibəsi dövründə, eləcə də təşkilatın sonuncu Nazirlər Şurasının iclasında qəbul etdiyi qətnamələrdə sərgilənən və beynəlxalq hüquqa əsaslanan mövqe məmnunluqla vurğulanıb.

Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması prosesində, habelə bu ərazilərdəki tarixi, mədəni, dini irsin bərpasında iştirak etmək istəyini ifadə edən ölkələrə təşəkkür ifadə edilib.

Daha sonra görüş sual-cavab formatında davam etdirilib. İƏT-in Azərbaycandakı diplomatik nümayəndəlikləri adından ölkəmizdəki diplomatik korpusun duayeni qismində Fələstin səfiri Nasir Əbdül Kərim çıxış edib.

O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək və orada törədilən dağıntıların miqyası ilə tanış olmaq imkanlarının olduğunu qeyd edib.

Bu ərazilərin yenidən tikilməsi və bərpası, keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönməsinin əhəmiyyətini vurğulayıb.

İƏT-in bölgədə dayanıqlı sülh, təhlükəsizlik və inkişafın təmin olunması ilə bağlı mövqeyini bir daha vurğulayıb. Nazir Ceyhun Bayramov səfirlərinin çoxsaylı suallarını cavablandırıb.

İƏT üzv ölkələrinin səfirləri gələcəkdə bu formatda görüşlərin davam etdirilməsi istəyini ifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən il öldürülən jurnalistlərin SAYI açıqlandı

Ötən il öldürülən jurnalistlərin SAYI açıqlandı

İbrahim Tatlısəsi AĞLADAN qadın - FOTO

İbrahim Tatlısəsi AĞLADAN qadın - FOTO

Bu yolda sürət həddi endirilib

Bu yolda sürət həddi endirilib

Hikmət Hacıyev: “Biz Tramp administrasiyasının tam dəstəyinə malikik”

Hikmət Hacıyev: “Biz Tramp administrasiyasının tam dəstəyinə malikik”

Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI - FOTO

Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI - FOTO

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Bu rəsm əsərinə uzun müddət baxan adam PARALEL dünyaya keçir

Bu rəsm əsərinə uzun müddət baxan adam PARALEL dünyaya keçir

Yanvarın 1-də itkin düşmüş 5 nəfər tapılıb

Yanvarın 1-də itkin düşmüş 5 nəfər tapılıb

Kim Çen Inın qızı ilk dəfə anım mərasimində iştirak edib

Kim Çen Inın qızı ilk dəfə anım mərasimində iştirak edib

Xameneyinin banneri alova büründü – VİDEO

Xameneyinin banneri alova büründü – VİDEO

Məşhur aktyorun 34 yaşlı qızı hoteldə ölü tapıldı

Məşhur aktyorun 34 yaşlı qızı hoteldə ölü tapıldı

Sakit uşaqlar - Utancaqlıq, yoxsa psixoloji narahatlıq?

Sakit uşaqlar - Utancaqlıq, yoxsa psixoloji narahatlıq?

Hər şeyin ən yaxşısını seçən BÜRCLƏR

Hər şeyin ən yaxşısını seçən BÜRCLƏR

Ağsuda BƏDBƏXT HADİSƏ – Vəziyyətləri ağırdır

Ağsuda BƏDBƏXT HADİSƏ – Vəziyyətləri ağırdır

İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib

İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib

Yeni ildə RƏQABƏT — ABŞ və Çin bir-birinə meydan oxuyacaq

Yeni ildə RƏQABƏT — ABŞ və Çin bir-birinə meydan oxuyacaq

Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - VİDEO

Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - VİDEO

Bölgəyə ilin İLK qarı yağır – FOTO/VİDEO

Bölgəyə ilin İLK qarı yağır – FOTO/VİDEO

Rubldan REKORD göstərici - Dollara nisbətdə ən çox bahalaşan valyuta olub

Rubldan REKORD göstərici - Dollara nisbətdə ən çox bahalaşan valyuta olub

2026-cı ilin ilk günlərində bunları MÜTLƏQ edin – Bolluq və rifah gətirəcək

2026-cı ilin ilk günlərində bunları MÜTLƏQ edin – Bolluq və rifah gətirəcək

Bakıda gənc qız dəm qazından həyatını itirdi - FOTO

Bakıda gənc qız dəm qazından həyatını itirdi - FOTO

Pensiyalar bu tarixdən ARTIMLA veriləcək - VİDEO

Pensiyalar bu tarixdən ARTIMLA veriləcək - VİDEO

İranda qan su yerinə AXIR – Polis İdarəsinə OD vuruldu, 15 yaşlı yeniyetmə ÖLDÜRÜLDÜ – VİDEO

İranda qan su yerinə AXIR – Polis İdarəsinə OD vuruldu, 15 yaşlı yeniyetmə ÖLDÜRÜLDÜ – VİDEO

Trampın gözü qarşısında 10 dəqiqəyə çəkilən tablo 3 milyon dollara SATILDI - FOTOLAR

Trampın gözü qarşısında 10 dəqiqəyə çəkilən tablo 3 milyon dollara SATILDI - FOTOLAR

End of content

No more pages to load

RADİO