İran bu ölkəyə gələn Azərbaycan vətəndaşınlarına potensial casus kimi baxır - BƏYANAT

Dünya Azərbaycanlıları Konqresi (DAK) İranda azərbaycanlı tələbə Fərid Səfərli barəsində çıxarılmış məhkəmə hökmünü pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DAK yayıb.

Konqresin yaydığı bəyanatda deyilir:

"Bu ilin fevralında İranda itkin düşən və sonradan casusluq ittihamı ilə həbs olunduğu bildirilən Azərbaycan vətəndaşı Fərid Səfərli məhkəmə belə keçirilmədən 2 il müddətinə azadlıqdan məhrum edilib. İran tərəfinə məhkəmə iclaslarının keçirilmə tarixləri və Baş konsulluğumuzun rəsmilərinin iclaslarda iştirakı barədə sorğu ünvanlansa da, müraciətlər İran tərəfindən cavablandırılmayıb və məhkəmə iclaslarında iştirak mümkün olmayıb. Bununla yanaşı, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin olunmayıb”.

Qeyd edilir ki, bu hadisə eləcə də digər olaylar Tehran rejiminin Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı düşmənçilik niyyətini bir daha ortaya qoyub:

“Bu, Azərbaycan vətəndaşlarının İran hakimiyyətinə etibarını hədsiz şəkildə azaldıb. Fərid Səfərliyə bəraət verilib Azərbaycana təhvil verilməsini təmin etməzsə, Tehran terrorçu rejim olması ilə bağlı ünvanına deyilənləri bir daha təsdiqləmiş olacaq. Çünki insan oğurluğu, xarici ölkə vətəndaşını girov götürmək kimi əməllər terrorçuya, cinayətkara xasdır. İran hazırda bu ölkəyə müalicə, təhsil, ticarət, turist səfəri edən Azərbaycan vətəndaşınlarına potensial casus kimi baxır. SEPAH-a bağlı xüsusi şəxslər bu insanlarla müxtəlif yollarla təmasa keçib onlara sonda casusluq təklif edir, rədd cavabı aldıqda isə "azərbaycanlı casus" yaradıb, onu həbs etmək yoluna baş vurur”.

Qeyd edilir ki, İran bununla həm də diqqəti öz üzərindən yayındırmağa, əsl üzünü gizlətməyə cəhd edir:

“İran bu gün dünyada terrora dəstək verən ölkə kimi tanınır. Təsadüfi deyil ki, bu gün molla rejiminin Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı "hizbullahçı" strukturları aktiv şəkildə fəaliyyət göstərir. İran bu strukturları Cənubi Qafqaza da tətbiq etmək istəyir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna polisi Kiyevdə dövlət və təhsil müəssisələrinin minalanması barədə məlumat ALDI

Ukrayna polisi Kiyevdə dövlət və təhsil müəssisələrinin minalanması barədə məlumat ALDI

Avropanın “siçan-pişik” OYUNU – Ukraynanı necə fəlakətə SÜRÜKLƏYİR?

Avropanın “siçan-pişik” OYUNU – Ukraynanı necə fəlakətə SÜRÜKLƏYİR?

Gəncədə iki ticarət obyektində saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Gəncədə iki ticarət obyektində saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Yeni ildə turşudan zəhərlənmişdi, 22 gün sonra dünyasını dəyişdi

Yeni ildə turşudan zəhərlənmişdi, 22 gün sonra dünyasını dəyişdi

Zelenski Putini Kiyevə DƏVƏT ETDİ

Zelenski Putini Kiyevə DƏVƏT ETDİ

Qumar oyunlarına görə 428 internet resursuna giriş məhdudlaşdırılıb – RƏSMİ

Qumar oyunlarına görə 428 internet resursuna giriş məhdudlaşdırılıb – RƏSMİ

Güzgünü iz buraxmadan təmizləməyin peşəkar ÜSULU

Güzgünü iz buraxmadan təmizləməyin peşəkar ÜSULU

Premyer Liqa: “Karvan-Yevlax” “Sumqayıt”la, “Qəbələ” “İmişli” ilə qarşılaşır

Premyer Liqa: “Karvan-Yevlax” “Sumqayıt”la, “Qəbələ” “İmişli” ilə qarşılaşır

Türkanda film kimi OLAY - Transformatordan yeraltı “levi” xətt ÇƏKDİ, qəsəbəni İŞIQSIZ QOYDU – VİDEO

Türkanda film kimi OLAY - Transformatordan yeraltı “levi” xətt ÇƏKDİ, qəsəbəni İŞIQSIZ QOYDU – VİDEO

İlham Əliyev İndoneziya Prezidentini Azərbaycana səfərə DƏVƏT ETDİ

İlham Əliyev İndoneziya Prezidentini Azərbaycana səfərə DƏVƏT ETDİ

Bank xəbəriniz olmadan maşınınızı sata bilər? — Borcluların mütləq bilməli olduğu faktlar: Vəkillə müsahibə - FOTO

Bank xəbəriniz olmadan maşınınızı sata bilər? — Borcluların mütləq bilməli olduğu faktlar: Vəkillə müsahibə - FOTO

Bank borca görə maaşın hamısını tuta bilərmi? – HÜQUQİ İZAH

Bank borca görə maaşın hamısını tuta bilərmi? – HÜQUQİ İZAH

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları bu maddələrlə İTTİHAM OLUNUR

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları bu maddələrlə İTTİHAM OLUNUR

“Bandotdel” əməliyyat keçirdi, həbs olunanlar var - Video

“Bandotdel” əməliyyat keçirdi, həbs olunanlar var - Video

Xəstəxanada müalicə alan Rasim Balayevin SON DURUMU

Xəstəxanada müalicə alan Rasim Balayevin SON DURUMU

Xankəndi və Xocalıya növbəti köç – FOTO

Xankəndi və Xocalıya növbəti köç – FOTO

Yanvarın son gününə olan HAVA PROQNOZU

Yanvarın son gününə olan HAVA PROQNOZU

Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq – YENİ QƏRAR

Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq – YENİ QƏRAR

Azərbaycanlı aktrisanın şəkli “Temu”da: Bizi aldadırlar? - VİDEO

Azərbaycanlı aktrisanın şəkli “Temu”da: Bizi aldadırlar? - VİDEO

Prezident daha iki səfirin etimadnaməsini qəbul etdi – FOTO

Prezident daha iki səfirin etimadnaməsini qəbul etdi – FOTO

Azərbaycana külli miqdarda dərman və siqaret gətirən gömrükçülərin məhkəməsi BAŞLADI

Azərbaycana külli miqdarda dərman və siqaret gətirən gömrükçülərin məhkəməsi BAŞLADI

“Fənərbağça” səfərdə heç-heçə etdi - VİDEO

“Fənərbağça” səfərdə heç-heçə etdi - VİDEO

Prezident İndoneziyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident İndoneziyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Yunanıstanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Yunanıstanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO