İlham Əliyev Tacikistanın yeni səfirinin etimadnaməsini QƏBUL ETDİ - FOTO/VİDEO

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. 

Sonra səfirlə söhbət edən dövlət başçısı Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayıb, hökumət üzvləri, parlamentlər, ictimai təşkilatlar xətti ilə daim təmasların və qarşılıqlı səfərlərin həyata keçirildiyini deyib. 
Prezident İlham Əliyev Tacikistana dövlət səfərini məmnunluqla xatırlayıb, səfər çərçivəsində aparılmış müzakirələr zamanı müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini bildirib. Dövlət başçısı Tacikistana səfəri zamanı bu ölkənin və Düşənbənin inkişafının şahidi olduğunu vurğulayıb. 

Azərbaycan Prezidenti iqtisadiyyat, ticarət, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün bir çox təşəbbüslərin olduğunu diqqətə çatdırıb, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndiyini qeyd edib. 

Prezident İlham Əliyev Azərbaycanın və Tacikistanın regionları arasında əməkdaşlığın və şəhərlərarası birbaşa əlaqələrin yaradılmasının vacibliyini bildirib. 

Səfir, ilk növbədə, Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını dövlətimizin başçısına çatdırıb. 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş edib və Prezident Emoməli Rəhmonu Azərbaycana dövlət səfərinə dəvət edib. 

Səfir İlxom Abduraxmon dövlət başçısının Tacikistana səfəri zamanı ikitərəfli əlaqələrin inkişafı baxımından çox vacib və səmərəli müzakirələrin aparıldığını vurğulayıb, müxtəlif səviyyələrdə, o cümlədən parlament sədrlərinin səfərlərinin önəmini qeyd edib, hökumətlərarası komissiyanın bu yaxınlarda iclasının keçirildiyini xatırlayıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğulayıb. 

İlxom Abduraxmon Bakı ilə Düşənbə arasında birbaşa aviareyslərin açılmasının turizm sahəsində əməkdaşlığımızın inkişafına ciddi təkan verəcəyini qeyd edib. O, Azərbaycanın sürətli inkişafının, Bakının gözəlliyinin və şəhərin memarlıq üslubunun onda dərin təəssürat hissi yaratdığını deyib. 
 


 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Milan” ona yeni müqavilə TƏKLİF EDƏCƏK

“Milan” ona yeni müqavilə TƏKLİF EDƏCƏK

SON DƏQİQƏ! Sumqayıtda yaşayış binası yanır – FOTO

SON DƏQİQƏ! Sumqayıtda yaşayış binası yanır – FOTO

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Ədəbiyyat və tarix dərslikləri birləşdirilə bilməz – RƏSMİ

Ədəbiyyat və tarix dərslikləri birləşdirilə bilməz – RƏSMİ

2008 böhranını təxmin edən iqtisadçı: "Dollar çökəcək, yerini qızıl tutacaq"

2008 böhranını təxmin edən iqtisadçı: "Dollar çökəcək, yerini qızıl tutacaq"

Boşanmağa meyilli 4 bürc - Evlənmədən öncə düşünün

Boşanmağa meyilli 4 bürc - Evlənmədən öncə düşünün

SON DƏQİQƏ! “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu - FOTO

SON DƏQİQƏ! “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu - FOTO

Fevralda hava necə olacaq? - AYLIQ PROQNOZ

Fevralda hava necə olacaq? - AYLIQ PROQNOZ

Orban: “Ukrayna Avropanı müharibəyə sürükləyir”

Orban: “Ukrayna Avropanı müharibəyə sürükləyir”

Zelenskidən atəşkəsə REAKSİYA – “Rusiya zərbələr endirməsə...”

Zelenskidən atəşkəsə REAKSİYA – “Rusiya zərbələr endirməsə...”

Məktəblərdə qış tətili BAŞA ÇATIR

Məktəblərdə qış tətili BAŞA ÇATIR

Bakının mərkəzində TƏHLÜKƏ – Yoldakı çatlar gün keçdikcə böyüyür - VİDEO

Bakının mərkəzində TƏHLÜKƏ – Yoldakı çatlar gün keçdikcə böyüyür - VİDEO

“Qurtuluş”un əsl sahibi kimdir? – Kölgədə qalmış ilahiyyatçının DOSYESİ – VİDEO

“Qurtuluş”un əsl sahibi kimdir? – Kölgədə qalmış ilahiyyatçının DOSYESİ – VİDEO

Gecə oyanmaq insanda xəstəlik yaradır?

Gecə oyanmaq insanda xəstəlik yaradır?

Nizami Cəfərov: “Yazıçı kitabını küçədə sata bilməz”

Nizami Cəfərov: “Yazıçı kitabını küçədə sata bilməz”

Poti–Bakı ekspres blok-qatarı yola salındı – FOTO

Poti–Bakı ekspres blok-qatarı yola salındı – FOTO

TƏCİLİ! Bu uşağın valideynləri axtarılır – VİDEO

TƏCİLİ! Bu uşağın valideynləri axtarılır – VİDEO

Hikmət Hacıyev BMT-nin Azərbaycandakı nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev BMT-nin Azərbaycandakı nümayəndəsi ilə görüşdü – FOTO

Kreml: Rusiya Trampın xahişi ilə fevralın 1-dək Ukraynaya zərbələr endirməyəcək

Kreml: Rusiya Trampın xahişi ilə fevralın 1-dək Ukraynaya zərbələr endirməyəcək

Bəhruz Əhmədova yeni köməkçi təyin edildi

Bəhruz Əhmədova yeni köməkçi təyin edildi

Neftçalada iki övlad atasının faciəvi ölümünün TƏFƏRRÜATI – FOTO

Neftçalada iki övlad atasının faciəvi ölümünün TƏFƏRRÜATI – FOTO

Şəbnəm Tovuzlu səhhətində yaranan problemdən DANIŞDI: “25 dəqiqə ayılmadım” – VİDEO

Şəbnəm Tovuzlu səhhətində yaranan problemdən DANIŞDI: “25 dəqiqə ayılmadım” – VİDEO

Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları OLACAQ

Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları OLACAQ

Ukrayna polisi Kiyevdə dövlət və təhsil müəssisələrinin minalanması barədə məlumat ALDI

Ukrayna polisi Kiyevdə dövlət və təhsil müəssisələrinin minalanması barədə məlumat ALDI

End of content

No more pages to load

RADİO