“Göyçə Zəngəzur Respublikası” fəaliyyətini DAYANDIRDI – BƏYANAT  

“Göyçə Zəngəzur Respublikası” fəaliyyətini dayandırdığını elan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Göyçə-Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin birgə bəyanatında bildirilib. 

Bəyanatda deyilir: 

“Tarixən ermənilər və hazırkı Ermənistan Respublikası azərbaycanlıları etnik zəmində soyqırımı və deportasiya cinayətlərinə məruz qoymuşlar. Qərbi Azərbaycandan – indiki Ermənistan ərazisindən 1987-1991-ci illərdə deportasiya edilən azərbaycanlıların böyük əksəriyyəti Azərbaycan Respublikasında qaçqınçılıq həyatı yaşamış, deportasiya qurbanlarının bir qismi də qardaş ölkə Türkiyə Respublikasında və digər ölkələrdə məskunlaşmışlar. 

Ətrafımızda olan bəzi deportasiya qurbanları ilə birgə Azərbaycanda məskunlaşmış soydaşlarımız kimi öz adət-ənənələrimizi qoruyub yaşatmaq, bir-birimizə kömək etmək, məhrum edildiyimiz təməl insan haqlarımızı bərpa etmək, erməni cinayətlərinə və Ermənistanın Azərbaycan ərazisində separatçılığı dəstəkləməklə nümayiş etdirdiyi ikiüzlülüyə qarşı mübarizə aparmaq məqsədilə təşkilatlanmaq barədə qərar qəbul etmiş və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyini təsis etmişdik.

Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən ruhlanaraq Birlik bir təşkilat qismində “Göyçə Zəngəzur Respublikası”nın yaranması təşəbbüsünü elan etmişdir.

Biz bu yolla ermənilərin törətdiyi deportasiya cinayəti və soyqırıma məruz qalmış soydaşlarımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi üçün əlavə imkanlardan istifadə etməyə çalışmışıq.
Ötən müddətdə elan edilmiş “Göyçə Zəngəzur Respublikası” tərəfindən qardaş Türkiyə Respublikası ərazisində də nümayəndəlik və müxtəlif təsisatların formalaşdırılması təşəbbüsü həyata keçirilmişdir. 

Eyni zamanda Prezident cənab İlham Əliyevin Qərbi Azərbaycan və bu bölgədən köçürülən yüz minlərlə soydaşımızın taleyi ilə bağlı müdrik düşüncələrə və planlara sahib olduğunu gördük.

Prezident İlham Əliyevin hələ 2014-cü ildə hərbçilərimiz qarşısında çıxış edərkən söylədiyi “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır.

Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq” sözlərinin reallığa söykəndiyini hiss etdik. 

Prezident cənab İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan ziyalıları ilə görüşündə etdiyi çıxışından sonra Qərbi Azərbaycanlılarla bağlı dövlətimizin siyasi xətti ilə daha yaxından tanış olduq. Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasi xəttə uyğun Qərbi Azərbaycan İcmasının qısa müddətdə yenidən təşkilatlandığına və bu gün çox böyük uğurla fəaliyyət göstərdiyinə şahid olduq. 

Bu gün bütün Qərbi azərbaycanlılar öz pozulmuş hüquqlarının Azərbaycan Prezidentinin siyasi iradəsi, dövlətimizin gücü ilə bərpa olunacağına əmindirlər. Buna görə də onlar vahid niyyətlə bir olmalı, çaşqınlıq yaradan hər cür bölücü addımlardan kənar durmalı və Qərbi Azərbaycana – öz doğma torpaqlarımıza qayıtmaq üçün birgə mübarizə aparmalıdırlar. 
Biz də öz növbəmizdə bu ali məqsədə xidmət etmək niyyəti ilə hazırda bir təşkilat olaraq “Göyçə Zəngəzur Respublikası”nın fəaliyyətini dayandırdığını rəsmən elan edir və bütün soydaşlarımızı Prezidentimizin vahid siyasi xətti ətrafında və bu siyasi xəttə öz töhfəsini vermək üçün qətiyyətlə fəaliyyət göstərən, Ermənistandan qovulmuş azərbaycanlıların maraqlarını legitim və mötəbər şəkildə müdafiə edən, Qərbi azərbaycanlıların hər birini əhatə edərək yeganə ümumi təşkilatı olan Qərbi Azərbaycan İcmasında səylərini bundan sonra da birləşdirməyə çağırırıq. 

Yolumuz doğma torpağımız Qərbi Azərbaycanadır. Bu yolda hər birimizə uğurlar arzulayırıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

O, İraqın yeni prezidenti SEÇİLDİ

O, İraqın yeni prezidenti SEÇİLDİ

İran-ABŞ danışıqları UZADILA BİLƏR

İran-ABŞ danışıqları UZADILA BİLƏR

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

ABŞ-İran sülh danışıqları BAŞLADI

ABŞ-İran sülh danışıqları BAŞLADI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

End of content

No more pages to load

RADİO