Səudiyyə Ərəbistanı səfirinin Azərbaycandakı diplomatik missiyası BAŞA ÇATDI - FOTO 

Avqustun 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkədəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

C.Bayramov səfir Haməd bin Abdullah bin Səud bin Xudeyrə fəaliyyəti dövründə Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafına verdiyi töhfəyə, peşəkar fəaliyyətə görə dərin minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Görüş zamanı siyasi, iqtisadi, enerji, humanitar, turizm sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğu qeyd olunaraq, iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafında əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu vurğulanıb.

Həm 30 ilə yaxın işğal dövründə, həm də post-münaqişə dövründə Səudiyyə Ərəbistanının ölkəmizə dəstəyi yüksək qiymətləndirilib. 

Yüksək səviyyəli qarşılıqlı rəsmi səfərləri xatırlayan nazir, Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə keçirilmiş görüşə, habelə beynəlxalq tədbirlər çərçivəsində həmkarı ilə olan təmaslarına məmnunluqla istinad edib. 

Haməd bin Abdullah bin Səud bin Xudeyr iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən işlərdən bəhs edib. Səfir Azərbaycandakı fəaliyyəti dövründə ona göstərilmiş dostluq və əməkdaşlıq münasibətlərinə görə öz minnətdarlığını bildirib. 
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

O, İraqın yeni prezidenti SEÇİLDİ

O, İraqın yeni prezidenti SEÇİLDİ

İran-ABŞ danışıqları UZADILA BİLƏR

İran-ABŞ danışıqları UZADILA BİLƏR

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

ABŞ-İran sülh danışıqları BAŞLADI

ABŞ-İran sülh danışıqları BAŞLADI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

End of content

No more pages to load

RADİO