Aİ Ermənistan Müdafiə Nazirliyinin dezinformasiyasını İFŞA ETDİ

Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası avqustun 15-də Ermənistan-Azərbaycan şərti sərhədində monitorinq zamanı eşidilən atəş səslərinin mənbəyini müəyyən edə bilməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Report”a Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

BMT-də ermənilərin “aclıq” iddiaları fotolarla susduruldu - FOTO/VİDEO


“Avqustun 15-də Yuxarı Şorca kəndi yaxınlığında keçirilən patrul zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyası (EUMA) patrulun aparıldığı yerdən təxminən 1 kilometr məsafədə 4-5 atəş qeydə alıb.

Lakin missiyanın yerləşdiyi istiqamət atəşin mənbəyini və hədəfini müəyyən etməyə imkan verməyib. Patrul iştirakçıları özlərini atəşin hədəfi kimi görməsələr də, ehtiyat tədbiri olaraq ərazini tərk ediblər”, - o vurğulayıb.

Maraqlıdır ki, Aİ-nin Ermənistandakı missiyasının “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində ilk olaraq Ermənistan Müdafiə Nazirliyinin iddialarının əksinə olaraq, patrulun atəşə tutulmadığı barədə paylaşım edilmişdi.

Amma görünür, Ermənistan tərəfinin və onun Aİ-dəki havadarlarının fəal təzyiqi altında bu paylaşım başqası ilə əvəz edilib. Həmin paylaşımda isə qeyd edilib ki, atışma zamanı patrul xidməti həyata keçirilib, heç kəs xəsarət almayıb.
Bu zaman missiyanın atəşin mənbəyini və hədəfini müəyyən etmək imkanının olmaması barədə heç nə yazılmayıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

O, İraqın yeni prezidenti SEÇİLDİ

O, İraqın yeni prezidenti SEÇİLDİ

İran-ABŞ danışıqları UZADILA BİLƏR

İran-ABŞ danışıqları UZADILA BİLƏR

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

ABŞ-İran sülh danışıqları BAŞLADI

ABŞ-İran sülh danışıqları BAŞLADI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

End of content

No more pages to load

RADİO