İrina Allahverdiyeva:“Ukrayna Donbasda heç bir müharibəyə hazırlaşmır, amma...” - ÖZƏL MÜSAHİBƏ

“Hazırda Ukraynada pandemiyanın üçüncü dalğası başlayıb. Buna görə, ölkədə vəziyyət çətindir, lakin nəzarət altındadır. Pandemiya başladığı zaman kovid xəstələri üçün xəstəxanalarda təxminən 12.000 çarpayı var idi. Hazırda bu say 70.000-dən çoxdur.

Oksigen aparatı ilə təcrid olunmuş çarpayıların sayı isə 3400- dən 60 minə qədər artırlılıb. Ona görə düşünürəm ki, bütün təhdidlərə güc birliyi ilə mübarizə aparmaq gücünə malikik”.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Radasının ən cazibədar deputatı İrina Allahverdiyeva ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR


Ukrayna Ali Radasının ən gözəl nümayəndəsi İrina Allahverdiyeva ilə söhbətimiz qaldığı yerdən davam edir. Bu dəfə xanım deputat dünyada tuğyan edən COVİD-19-a qarşı vaksinasiya prosesi, son zamanlar Dombasda baş verən qarşıdurmalar və Ukrayna Türkiyə münasibətləri haqqında suallarIımıza cavbları ilə qarşınızdadır. 


- Ukrayna hökuməti vaksinasiya ilə bağlı problemlər yaşayır, ölkədəki peyvənd statistikası nikbin deyil. Bu istiqamətdə hansı addımlar atılır?

- Hazırda ölkədə vaksinasiya aktiv şəkildə davam edir, aşılanan vətəndaşların sayını artırmaq üçün əlimizdən gələni edirik. Vaksinləşmə dərhal istədiyimiz kimi geniş miqyaslı ola bilməz. Bu pandemiyanın ilk aylarındakı sınaqlara bənzəyir. Məsələn ilk günlər sutka ərzində 2 min koronovirus testi verilirdisə, tədricən laboratoriya sistemini bərpa olunduqdan sonra bu rəqəm 90.000-ə yüksəldi.

Düşünürəm ki, vaksinasiya da bu cür mərhələdən keçəcək. Bundan başqa müxtəlif siyasi qüvvələr tərəfindən peyvəndlərin qəsdən nüfuzdan salınması da vaksinasiyanı əngəlləyir. Bu da insanların vaksinasiyaya olan münasibətlərinə mənfi təsir göstərir. Bir çoxu sadəcə şübhə edir - hətta həkimlər arasında da belələri var.

Bunu yalnız öz nümunələrimizlə dəyişə bilərik. İnsanlar cəmiyyətin tanınmış simalarında və yaxın çevrələrində peyvəndin tamamilə təhlükəsiz olduğunu görəndə, prosesə qoşulmaq istəyənlərin sayı artacaq.  

 

- Donbasda vəziyyət necədir? Yayılan məlumatlara görə, Ukrayna Azərbaycan təcrübəsindən istifadə edərək bu münaqişəni hərbi yolla həll etmək istəyir və medianın yazdığı kimi, bu yolda  konkret addımlar atılacaq. Hazırda rəsmi Kiyevin mövqeyi necədir?


- İlin əvvəlindən cəbhədəki mövqelərimiz mütəmadi olaraq atəşə tutulurdu,  təxribatların sayı artmışdı.  Buna paralel olaraq, işğal olunmuş ərazidə və Rusiya da Ukrayna eskalasiya hazırlaşmaqda günahlandırılaraq, ona qarşı informasiya müharibəsi başladılıb. Ukrayna Donbasda heç bir eskalasiya hazırlamır və hazırlamayıb. Biz bu müharibəyə son qoymaq üçün diplomatik bir yol təklif edirik.

Biz başa düşürük ki, eskalasiya çoxsaylı həm hərbi, həm də mülki insan tələfatına gətirib çıxara bilər. Amma Ukrayna hadisələrin inkişafında istənilən ssenariyə hazır olmalıdır. Əgər lazım gələrsə, Silahlı Qüvvələrimiz bütün aqressiyaya layiqli, adekvat cavab verə bilər və verməlidir. Silahlı Qüvvələr üçün bu cür təcavüzlərə hazır olmaq tamamilə məntiqlidir.

- Türkiyə ilə Ukrayna arasında əməkdaşlıq sahəsi genişləndi və bu il hərbi sahəni də əhatə etdi. Ukrayna Türkiyədən nə gözləyir?

- Biz hərbi sahədə, xüsusən də pilotsuz təyyarələrin istehsalı da daxil olmaqla çoxsaylı birgə layihələrin həyata keçirilməsini gözləyirik. Türkiyə bizim strateji müttəfiqimizdir, ərazi bütövlüyümüzü də dəstəkləyir.

Türkiyə Krımın işğalını qətiyyətlə qəbul etmir. Döst ölkə həm də Krım platformasına qoşulacaq, bu da yalnız Donbass məsələsində deyil, əvvəlki hökumətin susduğu Krım məsələsini də gündəmə gətirməyimizə imkan verəcək.

Vüsalə Balayeva. Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları - SİYAHI

Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları - SİYAHI

Trampın Venesuela ilə bağlı heç bir planı yoxdur - KİV

Trampın Venesuela ilə bağlı heç bir planı yoxdur - KİV

“Real” superkubok matçına ciddi itki ilə çıxacaq

“Real” superkubok matçına ciddi itki ilə çıxacaq

Fərqanə Qasımova bu yolla formada qalır

Fərqanə Qasımova bu yolla formada qalır

“Azərbaycan Uşaqları” İctimai Birliyinə 841 müraciət daxil olub

“Azərbaycan Uşaqları” İctimai Birliyinə 841 müraciət daxil olub

Karlsen ən çox qazanan şahmatçı oldu

Karlsen ən çox qazanan şahmatçı oldu

Ağsuda AĞIR QƏZA: Ölən və yaralılar var - FOTO/VİDEO

Ağsuda AĞIR QƏZA: Ölən və yaralılar var - FOTO/VİDEO

Tramp yenidən ABŞ prezidenti olmaq istəyir

Tramp yenidən ABŞ prezidenti olmaq istəyir

Dadlı yeməkləri sevən BÜRCLƏR

Dadlı yeməkləri sevən BÜRCLƏR

Karakasda qadınlar Maduronun arvadına görə AKSİYA KEÇİRİRLƏR - VİDEO

Karakasda qadınlar Maduronun arvadına görə AKSİYA KEÇİRİRLƏR - VİDEO

Aygün Bəylərin BACISI: “Sonuncu konsertində çox çətinlik çəkdi…” - VİDEO

Aygün Bəylərin BACISI: “Sonuncu konsertində çox çətinlik çəkdi…” - VİDEO

“Turan Tovuz” legionerini Yaponiya klubuna SATDI

“Turan Tovuz” legionerini Yaponiya klubuna SATDI

DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ

DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ

Şəkinin ucqar kəndində müəmmalı YANĞIN

Şəkinin ucqar kəndində müəmmalı YANĞIN

"Qalatasaray" İtaliya klubuna təklif göndərdi

"Qalatasaray" İtaliya klubuna təklif göndərdi

Vurulan təyyarəmizlə bağlı Rusiyadan Azərbaycana ŞOK MƏKTUB - FOTO

Vurulan təyyarəmizlə bağlı Rusiyadan Azərbaycana ŞOK MƏKTUB - FOTO

İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir - FOTO

İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir - FOTO

Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım etdi - FOTO

Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım etdi - FOTO

Yüksək təzyiqi olanların NƏZƏRİNƏ: Bəzi qidalar sizə olmaz

Yüksək təzyiqi olanların NƏZƏRİNƏ: Bəzi qidalar sizə olmaz

Leyla Sarabi şöbə müdiri TƏYİN OLUNDU

Leyla Sarabi şöbə müdiri TƏYİN OLUNDU

Klub maaşını 6 dəfə artırdı, futbolçu razılaşmadı

Klub maaşını 6 dəfə artırdı, futbolçu razılaşmadı

Dubaydakı dəbdəbəli toyu Razi Nurullayevin qardaşı edibmiş - VİDEO

Dubaydakı dəbdəbəli toyu Razi Nurullayevin qardaşı edibmiş - VİDEO

Çox yedikdən sonra yaranan ağırlıq hissinə BU SADƏ dəmləmə kömək edir

Çox yedikdən sonra yaranan ağırlıq hissinə BU SADƏ dəmləmə kömək edir

“ABŞ artıq Aİ-nin əsas müttəfiqi deyil” - Borrel

“ABŞ artıq Aİ-nin əsas müttəfiqi deyil” - Borrel

End of content

No more pages to load

RADİO