Azərbaycan ermənilərə Füzuli-Şuşa yolunu da təklif edib - Hikmət Hacıyev

"Məhz bu dayandığımız yolu da, Ağdam - Xankəndi yolunu da biz Qarabağın erməni sakinlərinin Azərbaycanın siyasi, iqtisadi, sosial sahəsinə inteqrasiyasının bir tərkib hissəsi kimi görürük".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatların Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Birincisi bu, inteqrasiyaya xidmət edən amildir, ikincisi daha səmərəlidir və nəqliyyat nöqteyi-nəzərindən daha ucuz başa gəlir, eyni zamanda yüklərin Azərbaycanın əsas hissəsindən Qarabağa çatdırılması ilə bərabər, Qarabağda yaşayan sakinlərin də Azərbaycanın əsas nəqliyyat infrastruktur sisteminə çıxışını təmin edir. Bu yol heç bir halda Laçın yolunu inkar etmir, lakin eyni zamanda bir və bir neçə yolun olması həmişə yaxşı haldır”, - Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan eyni zamanda Qarabağ erməni sakinlərinə Füzuli - Şuşa yolunu da təklif etmişdir ki, yüklərin, malların çatdırılması üçün istifadə oluna bilər:

“Bu artıq diplomatik sirr deyil və mən açıq şəkildə deyə bilərəm ki, Xarici İşlər Nazirliyinin bəyanatında da biz qeyd etmişdik. 5 avqustda razılıq əldə olunub ki, BQXK humanitar yükləri bu yol vasitəsilə Xankəndinə çatdıracaq. Bunun davamı olaraq razılaşdıq ki, 24 saat sonra Azərbaycanın sərhəd və gömrük rejiminə riayət etməklə, qanunlara əməl etməklə Laçın - Xankəndi yolu da açılır. Bu anlaşmanın tərkib hissəsi kimi Yevlax şəhərində Azərbaycanın müəyyən etdiyi nümayəndə ilə Qarabağ ermənilərinin nümayəndəsi arasında görüşün keçirilməsi nəzərdə tutulurdu ki, burada biz bütün reinteqrasiya, eləcə də sosial infrastruktur layihələrini müzakirə etməyə hazır idik. 

Biz bu yolu istifadəyə bəyan edəndən sonra, gördüyünüz kimi növbəti məntəqə Rusiya sülhməramlılarının postudur, onun arxasında ermənilərin hərbi postu görünür və ermənilər həmin yola gətirib bloklar qoymağa, beton sədlər qoymağa başladılar. Sonra da başladılar Azərbaycanı ittiham etməyə. 
Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumda beynəlxalq jurnalistlərə dediyi kimi, indi baxın kim kimi bloklayır. Ermənistan yolları bloklayır, Azərbaycan sadəcə olaraq yolları açır və yolla tikir, təkcə quru yollarını yox, eyni zamanda dəmiryolu xətlərini də açır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

O, İraqın yeni prezidenti SEÇİLDİ

O, İraqın yeni prezidenti SEÇİLDİ

İran-ABŞ danışıqları UZADILA BİLƏR

İran-ABŞ danışıqları UZADILA BİLƏR

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

ABŞ-İran sülh danışıqları BAŞLADI

ABŞ-İran sülh danışıqları BAŞLADI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

End of content

No more pages to load

RADİO