Ermənistan bu yolla vaxt qazanmaq istəyir - Politoloq ermənilərin son istəklərindən danışdı

Xəbər verdiyimiz kimi avqustun 16-da BMT-nin Təhlükəsizlik Şurasında Ermənistanın təşəbbüsü ilə Laçın dəhlizi ilə bağlı müzakirələr gözlənilir. Ermənistanın BMT-dəki nümayəndəsi Mqer Markaryan BBC Newshour radiostansiyasına açıqlamasında Qarabağdakı “fəlakəti”aradan qaldlrmaq üçün BMT Təhlükəsizlik Şurasının məsuliyyəti öz üzərinə götürməli olduğunu bildirib. O qeyd edib ki, BMT TŞ Azərbaycanı Laçın koridorunu blokadadan çıxarmağa məcbur etmək üçün öz arsenalında müxtəlif instrumentlərə malikdir. 

Erməni diplomatın fikrincə, burada ən optimalı BMT-nin Humanitar Məsələlərin Kordinasiya Ofisinə Dağlıq Qarabağa qiymətləndirmə missiyası göndərmək və lazımi humanitar yardımı çatdırmaq, habelə qanuni qüvvəyə malik olan öhdəlikləri yerinə yetirmək səlahiyyəti verən qətnamədir. 

Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirdi ki, burada İrəvanın əsas məqsədi yeni gərginlikdə proqnozlaşdırılan və yaxud modernləşdirilən xarici qüvvələri rəsmi olaraq öz tərəflərinə çəkmək və onların əli ilə Azərbayana təzyiq göstərməkdir:

“Aydındır ki, Ermənistanın özünün Azərbaycana təzyiq göstərmək üçün real imkanları yox dərəcəsindədir. Ona görə də beynəlxalq təşkilatlardan rəsmi sənəd əldə etmək və buradakı aparıcı qüvvələrin müsbət rəyini almaqla ölkəmizə yönəlik təzyiqləri effektiv etməyi düşünürlər. Ermənistan tərəfi 44 günlük müharibədən sonrakı postdanışıq proseslərindən narahatlıq keçirir. Ona görə də İrəvan bu prosesi ləngitmək, danışıların baş tutmasına maneə olmaq üçün belə addımlara əl atır”. 

Ancaq həmsöhbətimiz İrəvanın bu niyyətinin baş tutacağına inanmır:

“Hər halda, BMT-də də Ermənistanın tərəfini saxlayan Fransa kimi ölkə var. İrəvan habelə bu məsələ ilə bağlı Vaşinqtonla da fəal işləyir. Rusiya isə məsələyə təmkinlə yanaşır. Çünki başa düşür ki, BMT-də İrəvanın istəyinə uyğun qətnamənin qəbulu Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə və onun bölgədəki mövqeyini zəiflədə bilər. ABŞ-da bəzi ermənipərəst siyasətçilər təəəssüf ki, həmin sənədin lobbiçiliyilə məşğuldur. Ona görə də məsələyə ABŞ-ın hansı reaksiya verəcəyini bilmək çətindir. Yəni onlar “hə” və ya “yox” da deyə bilərlər. Burada çox şey erməni diasporu və ermənipərəst siyasətçilərin təsirlərindən asılıdır”. 

Politoloq BMT tərəfindən belə bir addım atılacağı təqdirdə, Azərbaycan Rusiya və ABŞ-ın vasitəçiliyindən imtina edə biləcəyini də istisna etmir: 

“Belə olan halda onlar qərəzli tərəf kimi görünəcəklər. Düşünürəm ki, Rusiya və Amerika bunu dərk edir. Ona görə də istisna deyil ki, sözügedən məsələ ətrafında müzakirələrin yekununda BMT qətnaməsi olmayacaq, sadəcə olsa-olsa hansısa bir rəsmi açıqlama olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

O, İraqın yeni prezidenti SEÇİLDİ

O, İraqın yeni prezidenti SEÇİLDİ

İran-ABŞ danışıqları UZADILA BİLƏR

İran-ABŞ danışıqları UZADILA BİLƏR

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

ABŞ-İran sülh danışıqları BAŞLADI

ABŞ-İran sülh danışıqları BAŞLADI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

End of content

No more pages to load

RADİO