Hərbi attaşelər erməni hərbçilərin qanunsuz fəaliyyətləri barədə MƏLUMATLANDIRILIB - VİDEO 

Avqustun 15-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.  

Brifinqdə son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyinə dair faktlarla bağlı xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verilib.
Bildirilib ki, Laçın yolunun qanunsuz hərbi daşımalar üçün istifadəsi yolverilməzdir. Azərbaycan tərəfinin alternativ olaraq təklif etdiyi Ağdam-Xankəndi yolu zəruri yüklərin Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə vaxtında çatdırılmasını, eləcə də onların Azərbaycan Respublikasına reinteqrasiyasını daha da sürətləndirəcəkdir.

Həmçinin Ermənistan tərəfinin yeni təxribatlara hazırlıq məqsədilə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni silahlı birləşmələrin döyüş mövqelərini gücləndirməsi, eləcə də bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməklə mülki əhalini kütləvi şəkildə silahlandırması faktları tərəfimizdən qeydə alınıb.  

Bu kimi təhrikçi fəaliyyətlərin Ermənistanın Azərbaycanla şərti sərhədi istiqamətində döyüş texnikası və artilleriya qurğularını cəmləşdirməsi ilə müşayiət edilməsinin bölgədə gərginliyin artmasına səbəb olduğu diqqətə çatdırılıb.  

Öz qanunsuz əməllərinə don geyindirmək məqsədilə Avropa İttifaqının Ermənistandakı missiyasını da alət etməyə çalışan qarşı tərəfin bu kimi fəaliyyətlərinin beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq məqsədi daşıdığı və yolverilməz olduğu xüsusi vurğulanıb.  
Sonda brifinqdə qeyd edilən faktlarla bağlı videomateriallar nümayiş olunub və nümayəndələri maraqlandıran suallar cavablandırılıb. 

 


 
 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yıldız Tilbe Vəfa Şərifovanı bu sözlərinə görə məhkəməyə verəcək – FOTO

Yıldız Tilbe Vəfa Şərifovanı bu sözlərinə görə məhkəməyə verəcək – FOTO

İqtisadi Şuranın iclası KEÇİRİLDİ – FOTO

İqtisadi Şuranın iclası KEÇİRİLDİ – FOTO

Sabiq nazirə artıq pensiya ödənilibmiş - İndi geri alınır

Sabiq nazirə artıq pensiya ödənilibmiş - İndi geri alınır

Monteneqro XİN Azərbaycan vətəndaşlarına viza verilməsi qaydalarını İZAH ETDİ

Monteneqro XİN Azərbaycan vətəndaşlarına viza verilməsi qaydalarını İZAH ETDİ

“Sumqayıt” səfərdə “Karvan-Yevlax”a qalib gəldi - VİDEO

“Sumqayıt” səfərdə “Karvan-Yevlax”a qalib gəldi - VİDEO

Hikmət Hacıyev Türkmənistan səfiri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi?

Hikmət Hacıyev Türkmənistan səfiri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi?

Növbəti “Rembo” ÇƏKİLİR - Bu dəfə Stallonesiz

Növbəti “Rembo” ÇƏKİLİR - Bu dəfə Stallonesiz

Rusiya Xersonda sərnişin avtobusunu atəşə tutdu: Ölən və yaralılar var – VİDEO

Rusiya Xersonda sərnişin avtobusunu atəşə tutdu: Ölən və yaralılar var – VİDEO

Səhiyyə naziri Anar Namazovu TƏLTİF ETDİ

Səhiyyə naziri Anar Namazovu TƏLTİF ETDİ

Tramvaylarda gedişhaqqı nə qədər olacaq? – MÜHÜM AÇIQLAMA

Tramvaylarda gedişhaqqı nə qədər olacaq? – MÜHÜM AÇIQLAMA

Meymun rus qadına hücum edib dişlədi – VİDEO

Meymun rus qadına hücum edib dişlədi – VİDEO

XƏBƏRDARLIQ: Türkiyədən güclü qar fırtınası Azərbaycana doğru gəlir: Bu tarixdə hava kəskin dəyişəcək

XƏBƏRDARLIQ: Türkiyədən güclü qar fırtınası Azərbaycana doğru gəlir: Bu tarixdə hava kəskin dəyişəcək

Baş Prokurorluqdan əhaliyə ÇAĞIRIŞ

Baş Prokurorluqdan əhaliyə ÇAĞIRIŞ

Prezident bu şəxsləri mükafatlandırdı – ADLAR

Prezident bu şəxsləri mükafatlandırdı – ADLAR

Prezident “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını TƏSDİQLƏDİ

Prezident “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını TƏSDİQLƏDİ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı – FOTO

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı – FOTO

Bu ixtisası seçən tələbələr 700 manata yaxın təqaüd ala BİLƏR

Bu ixtisası seçən tələbələr 700 manata yaxın təqaüd ala BİLƏR

“Şoka düşdüm ki, bu uşaq hara yoxa çıxdı?!” - Anası danışdı

“Şoka düşdüm ki, bu uşaq hara yoxa çıxdı?!” - Anası danışdı

Onlar da doğma yurdlarına qovuşdu – FOTO

Onlar da doğma yurdlarına qovuşdu – FOTO

Bu kənddə hava soyuyan kimi gözəllikdən əsər-əlamət qalmır – FOTO

Bu kənddə hava soyuyan kimi gözəllikdən əsər-əlamət qalmır – FOTO

Əraqçi: “ABŞ-la danışıqlara hazırıq”

Əraqçi: “ABŞ-la danışıqlara hazırıq”

Bakıda itən uşaq atasına təhvil verildi – YENİLƏNİB - VİDEO

Bakıda itən uşaq atasına təhvil verildi – YENİLƏNİB - VİDEO

“Milan” ona yeni müqavilə TƏKLİF EDƏCƏK

“Milan” ona yeni müqavilə TƏKLİF EDƏCƏK

End of content

No more pages to load

RADİO