BMT-nin TŞ-da Azərbaycanla bağlı hansısa sənədin qəbul ediləcəyini gözləmirəm - Tofiq Zülfüqarov

“Güman edirəm ki, BMT-nin Təhlükəsizlik Şurasında müzakirələr olacaq. Faktlar, mövqelər səsləndiriləcək. Və sonda həmişə olduğu kimi Təhlükəsizlik Şurasının sədri bəyanat verəcək. Bəyanatda çağırış olacaq ki, hər iki yolun istifadəsi məqbul sayılsın. Bu da əslində daha çox Azərbaycanın maraqlarına xidmət edəcək”. 

Bunu sabah BMT-nin TŞ-də ermənilərin müraciətinin müzakirəsinin yekunları barədə Bizim.Media-ya proqnoz verən sabiq Xarici İçlər naziri Tofiq Zülfüqarov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın daimi nümayəndəsi BMT TŞ-nin iclasında iştirak edəcək


O bildirib ki, bu məsələnin qətnamənin qəbul edilməsi səviyyəsinə çıxarılması da sual altındadır:

“Çünki, ermənilərin iddialarında məntiq yoxdur. Azərbaycan 2 dəhliz təklif edir. Ermənilərsə ancaq Laçın dəhlizinin işləməsini istəyirlər. Ona görə də hansısa qətnamənin qəbul ediləcəyini gözləmirəm. Amma sədrin bəyanatını gözləyirəm.Bu məsələdə TŞ üzvləri arasındakı fikir ayrılığı da əsas amildir. Məsələn, Fransanın indiki istəyi ondan ibarətdir ki,  Rusiya sülhməramlıları Qarabağda beynəlxalq mandat qazansın.Lakin, ABŞ Fransanın bu istəyinin qəti əleyhinədir. Çünki, Vaşinqton Rusiyanın o bölgədən getməsini istəyir. Ona görə də sabahkı müzakirələrdə TŞ üzvləri arasında konsensusun əldə ediləcəyi ağlabatan deyil”.

Tofiq Zülfüqarov Qərbin bu məsələdəki canfəşanlağından da danışıb:

“Ermənilər və onların havadarları iddia edirlər ki, Qarabağda humanitar fəlakət var. Halbuki, Azərbaycan humanitar yüklərin daşınması üçün iki yol təklif edir. Bunlardan biri yüklərin daşınması üçün Ağdam-Xankəndi, digəri isə insanların daşınması üçün Laçın-Xankəndi yoludur. Burda məntiq ondan ibarətdir ki, Ağdamdan Xankəndinə təkcə avtomobil yox, həm də dəmir yolu var. Bu da yüklərin daha tez və böyük həcmdə daşınmasına imkan verir.Bu dəhliz həm də sülhməramlıların təminatı və təchizatı üçün də çox əlverişlidir. 

Qərbdə çox yaxşı başa düşürlər ki, sülhməramlıların təminatı Azərbaycan ərazisindən olsa onda bu Rusiyanın imkanları daha da genişlənəcək. Ona görə də Qərb həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına uyğun olan Ağdam-Xankəndi yolunun açılmasını istəmir”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yıldız Tilbe Vəfa Şərifovanı bu sözlərinə görə məhkəməyə verəcək – FOTO

Yıldız Tilbe Vəfa Şərifovanı bu sözlərinə görə məhkəməyə verəcək – FOTO

İqtisadi Şuranın iclası KEÇİRİLDİ – FOTO

İqtisadi Şuranın iclası KEÇİRİLDİ – FOTO

Sabiq nazirə artıq pensiya ödənilibmiş - İndi geri alınır

Sabiq nazirə artıq pensiya ödənilibmiş - İndi geri alınır

Monteneqro XİN Azərbaycan vətəndaşlarına viza verilməsi qaydalarını İZAH ETDİ

Monteneqro XİN Azərbaycan vətəndaşlarına viza verilməsi qaydalarını İZAH ETDİ

“Sumqayıt” səfərdə “Karvan-Yevlax”a qalib gəldi - VİDEO

“Sumqayıt” səfərdə “Karvan-Yevlax”a qalib gəldi - VİDEO

Hikmət Hacıyev Türkmənistan səfiri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi?

Hikmət Hacıyev Türkmənistan səfiri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi?

Növbəti “Rembo” ÇƏKİLİR - Bu dəfə Stallonesiz

Növbəti “Rembo” ÇƏKİLİR - Bu dəfə Stallonesiz

Rusiya Xersonda sərnişin avtobusunu atəşə tutdu: Ölən və yaralılar var – VİDEO

Rusiya Xersonda sərnişin avtobusunu atəşə tutdu: Ölən və yaralılar var – VİDEO

Səhiyyə naziri Anar Namazovu TƏLTİF ETDİ

Səhiyyə naziri Anar Namazovu TƏLTİF ETDİ

Tramvaylarda gedişhaqqı nə qədər olacaq? – MÜHÜM AÇIQLAMA

Tramvaylarda gedişhaqqı nə qədər olacaq? – MÜHÜM AÇIQLAMA

Meymun rus qadına hücum edib dişlədi – VİDEO

Meymun rus qadına hücum edib dişlədi – VİDEO

XƏBƏRDARLIQ: Türkiyədən güclü qar fırtınası Azərbaycana doğru gəlir: Bu tarixdə hava kəskin dəyişəcək

XƏBƏRDARLIQ: Türkiyədən güclü qar fırtınası Azərbaycana doğru gəlir: Bu tarixdə hava kəskin dəyişəcək

Baş Prokurorluqdan əhaliyə ÇAĞIRIŞ

Baş Prokurorluqdan əhaliyə ÇAĞIRIŞ

Prezident bu şəxsləri mükafatlandırdı – ADLAR

Prezident bu şəxsləri mükafatlandırdı – ADLAR

Prezident “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını TƏSDİQLƏDİ

Prezident “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını TƏSDİQLƏDİ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı – FOTO

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı – FOTO

Bu ixtisası seçən tələbələr 700 manata yaxın təqaüd ala BİLƏR

Bu ixtisası seçən tələbələr 700 manata yaxın təqaüd ala BİLƏR

“Şoka düşdüm ki, bu uşaq hara yoxa çıxdı?!” - Anası danışdı

“Şoka düşdüm ki, bu uşaq hara yoxa çıxdı?!” - Anası danışdı

Onlar da doğma yurdlarına qovuşdu – FOTO

Onlar da doğma yurdlarına qovuşdu – FOTO

Bu kənddə hava soyuyan kimi gözəllikdən əsər-əlamət qalmır – FOTO

Bu kənddə hava soyuyan kimi gözəllikdən əsər-əlamət qalmır – FOTO

Əraqçi: “ABŞ-la danışıqlara hazırıq”

Əraqçi: “ABŞ-la danışıqlara hazırıq”

Bakıda itən uşaq atasına təhvil verildi – YENİLƏNİB - VİDEO

Bakıda itən uşaq atasına təhvil verildi – YENİLƏNİB - VİDEO

“Milan” ona yeni müqavilə TƏKLİF EDƏCƏK

“Milan” ona yeni müqavilə TƏKLİF EDƏCƏK

End of content

No more pages to load

RADİO