Qərbi Azərbaycan İcması Beynəlxalq Qırmızı Xaç Komitəsinə Naxçıvanla bağlı ÇAĞIRIŞ EDİB 

"Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz gediş-gəlişi təmin etməyə çağırırıq". 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının BQXK-yə ünvanladığı müraciətdə qeyd edilib. 

"Biz, Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması bir daha beynəlxalq aləmin diqqətini Ermənistanın monoetniklik və ərazi ekspansiyasına əsaslanan radikal ideoloji siyasətinin doğurduğu ağır nəticələrə yönəltmək istərdik. 1987-1991-ci illərdə Ermənistandan azərbaycanlıların hamısının qovulması, 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin 20 faizinin işğalı, azərbaycanlıların işğal edilmiş torpaqlardan qovulması, işğal altındakı bütün Azərbaycan yaşayış məntəqələrinin dağıdılması və mina döşəməklə o torpaqların yaşayış üçün yararsız hala salınmasını ehtiva edən bu mənfur siyasətin ən ağır təzahürlərindən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı davam edən blokadadır.

1991-ci ildə Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına gedən avtomobil yollarını, dəmir yollarını, qaz kəmərlərini və elektrik xətlərini kəsmişdir. Hələ də davam edən bu qeyri-insani blokada muxtar respublikanın sayı yarım milyona yaxın olan əhalisinə ölçüyəgəlməz çətinliklər və iztirablar yaşatmaqdadır", - qeyd edilib. 
Müraciətdə, həmçinin bildirilib:

“Ermənistanın bu blokadanı tətbiq etməkdə məqsədi muxtar respublikanı ələ keçirmək idi. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Naxçıvan sakinlərinin qəhrəmancasına müqaviməti qarşısında muxtar respublikanı hərbi yolla işğal edə bilməyəcəyini anlayan Ermənistan, əhalini məhrumiyyətlərə düçar etməklə Naxçıvanı tərk etməyə məcbur etmək üçün bu mənfur blokadanı tətbiq edib.

Azərbaycan Türkiyə və İran üzərindən alternativ tranzit marşrutları təşkil edilməsini 2005-ci ildə tamamlayana qədər, sərt iqlimə malik Naxçıvan əhalisi şiddətli soyuqdan əziyyət çəkmiş, qida və tibbi vasitələr çatışmazlığı ilə üzləşmişdi. Sözügedən tranzit alternativləri işə düşsə də, coğrafi və digər səbəblərə görə Ermənistandan keçən marşrut ən qısa, effektiv və sərfəli variant olaraq qalır. 

Ermənistan beynəlxalq hüquqda, o cümlədən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz tranziti təmin etməyə dair konkret öhdəliyini yerinə yetirməkdən boyun qaçırır.

Ermənistan bu qeyri-insani blokadanı israrla saxlamaqla, əhalinin iztirablarına açıq-aşkar etinasızlıq nümayiş etdirir, faktiki olaraq ərazi iddiasını davam etdirir və regionda vəziyyəti daha da gərginləşdirir. 
Ermənistanın blokadası səbəbindən Naxçıvan sakinlərinin üzləşdiyi əzab-əziyyətlərə otuz il ərzində susqunluq nümayiş etdirən bəzi beynəlxalq dairələrin indi qəfildən Azərbaycanın Qarabağ bölgəsində əslində heç mövcud olmayan “humanitar vəziyyət”lə bağlı narahatlıqlarını səsləndirmələri çox məyusedicidir. Bu cür ayrı-seçkilik və qərəz insan haqlarını müdafiə etdiyini iddia edənlərin etibarını sarsıdır və onların ikiüzlülüyünü ortaya qoyur. 

Biz Ermənistandan beynəlxalq hüquqa və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş öhdəliyinə uyğun olaraq Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını təmin etməyi və Naxçıvan Muxtar Respublikasına qarşı davam etdirdiyi qeyri-insani blokadanı aradan qaldırmağı tələb edirik. 
Bundan əlavə, biz Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) Ermənistanın ərazisi ilə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz gediş-gəlişin həyata keçirilməsini təmin etməyə çağırırıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Mahir oynamadı, komandası qalib gəldi

Mahir oynamadı, komandası qalib gəldi

Minarə İskəndər vəfat etdi - FOTO

Minarə İskəndər vəfat etdi - FOTO

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Kürdə suyun səviyyəsi ARTDI

Kürdə suyun səviyyəsi ARTDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

O, İraqın yeni prezidenti SEÇİLDİ

O, İraqın yeni prezidenti SEÇİLDİ

İran-ABŞ danışıqları UZADILA BİLƏR

İran-ABŞ danışıqları UZADILA BİLƏR

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

End of content

No more pages to load

RADİO