Ombudsman: Bəzi beynəlxalq bəyanatlar Qarabağdakı ermənilərin cəmiyyətimizə inteqrasiyasına maneə törədir

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun Azərbaycan əleyhinə yaydığı əsassız və qərəzli “ekspert rəyi”nə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva reaksiya verib. 

Bizim.Media xəbər verir ki, ombudsman bununla bağlı açıqlamasında bildirib:

“Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun siyasi tapşırıqlar əsasında hazırladığı “ekspert rəyi”ndə yer almış fikirlər tamamilə əsassızdır və qərəzli xarakter daşıyır. 

Müəmmalı və qaranlıq bir keçmişi ilə artıq özünə müvafiq bir imic yaratmış L.M.Okamponun Azərbaycan əleyhinə yazmış olduğu rəydə bilərəkdən istər hüquqi, istərsə də tarixi səhvlərə yol verilib. 

Azərbaycanın BMT tərəfindən tanınan əraziləri daxilində öz vətəndaşlarının, o cümlədən erməni millətindən olan vətəndaşlarının təhlükəsizliyini, hüquq və azadlıqlarını təmin etmək məqsədilə həyata keçirdiyi və legitimliyi beynəlxalq və regional təşkilatlar tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarı ilə tanınmış fəaliyyətin tamamilə təhrif olunmuş formada, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə təqdim olunması cənab Okamponun hansı dairələrdən tapşırıq aldığını bir daha bəyan etmiş oldu. 

Hüququn aliliyi prinsipini yaddan çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroruna cəfəng və əsassız iddialarla guya Azərbaycanın Qarabağ iqtisadi zonasında genosid törədilmə ehtimalını irəli sürməkdənsə, yaxın keçmişimizdə məhz həmin bölgədə ermənilər tərəfindən törədilmiş Xocalı, Meşəli, Başlıbel və digər soyqırımı cinayətlərini araşdırmağı, həmin cinayətlərin törədilməsində iştirak edən şəxslərin qəbulunda olarkən müzakirə etdiyi məsələləri açıqlamağı məsləhət görərdik. 

Təəssüflə qeyd etmək istərdik ki, son vaxtlar Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru L.M.Okamponun timsalında bəzi “beynəlxalq ekspertlərin” hazırladıqları bəyanat və hesabatlarda Azərbaycana münasibətdə ikili standartlara yol verilməklə, həqiqəti əks etdirməyən qərəzli fikirlərin yer almasında əsas məqsəd etnik nifrət zəminində qarşıdurmanın yaranmasına səbəb olmaqla, regionda davamlı sülhün təmininə, Qarabağın erməniəsilli əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına maneə törətməkdir. 
Bu səbəbdən beynəlxalq təşkilatların təmsilçilərinə, habelə müstəqil ekspertlərə müraciət edərək, hər hansı münaqişə ilə bağlı araşdırma apararkən məsələnin mahiyyətini dərindən öyrənməyə, mövcud faktları təhrif etməməyə, xalqlar arasında münasibətlərin süni şəkildə gərginləşməsinə rəvac verən addımlardan çəkinməyə, ədalətli sülhün və davamlı təhlükəsizliyin təmini naminə göstərilən səyləri dəstəkləməyə dəvət edirik”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minarə İskəndər vəfat etdi

Minarə İskəndər vəfat etdi

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Kürdə suyun səviyyəsi ARTDI

Kürdə suyun səviyyəsi ARTDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

O, İraqın yeni prezidenti SEÇİLDİ

O, İraqın yeni prezidenti SEÇİLDİ

İran-ABŞ danışıqları UZADILA BİLƏR

İran-ABŞ danışıqları UZADILA BİLƏR

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

End of content

No more pages to load

RADİO