Ceyhun Bayramov litvalı səfiri Ermənistanla normallaşma prosesi barədə MƏLUMATLANDIRDI

Nazir Ceyhun Bayramov Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, görüşdə Azərbaycan və Litva arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət müzakirə olunub. 

C.Bayramov ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan və Litva arasındakı münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Eqidius Navikasa təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. 
Nazir son dövrlərdə Azərbaycan və Litva arasında ali və yüksək səviyyəli qarşılıqlı təmasların və səfərlərin artmasının ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Bu xüsusda, cari ilin may ayında Litva Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının keçirilməsinin bir sıra sahələr, o cümlədən iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar, bağlantılar və s. sahələr üzrə əməkdaşlığın inkişafı ilə bağlı perspektivlərin müzakirəsi baxımından əhəmiyyəti qeyd olunub. 

C.Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəf məlumatlandırıb. Ermənistanın beynəlxalq hüquq normalarına, üzərinə götürdüyü öhdəliklərə və verdiyi bəyanatlara zidd olaraq ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı hərbi-siyasi təxribatlarını, mina təhdidini davam etdirməsinin sülh gündəliyinin irəli aparılmasına ən böyük hədə olduğunu bildirib. 
Cari ilin 15 iyun tarixində Laçın sərhəd buraxılış məntəqəsinə qarşı sərhədçimizin yaralanması ilə nəticələnmiş təxribat törədən Ermənistanın ölkəmiz ilə razılaşdırmadan ərazilərimizə “humanitar yük” adı altında konvoylar göndərməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndriməyə hesablanmış növbəti təxribat olduğu diqqətə çatdırılıb. Erməni sakinlər üçün daha çox məhsulların tədarükü üçün tərəfimizdən “Ağdam-Xankəndi” yolundan istifadə ilə bağlı təklifin rədd olunmasının məsələnin humanitar deyil, tamamilə siyasi xarakter daşıdığını göstərdiyi vurğulanıb. 

E.Navikas səmimi qəbula görə C.Bayramova təşəkkür edib. Azərbaycanda fəaliyyət göstərdiyi müddətin COVID-19 pandemiyası ilə üst-üstə düşməsinə baxmayaraq, ölkəmizdə çalışdığı dövrdə Azərbaycan və Litva arasında münasibətlərin inkişafında müsbət dinamikanın müşahidə olunmasının məmnunluq doğurduğu bildirilib.

Xüsusilə, iki ölkə arasında mövcud siyasi münasibətlərin iqtisadiyyat, energetika, nəqliyyat və bağlantılar sahələrində də əlaqələrin inkişafına təkan verməsinin əhəmiyyəti qeyd edilib. 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

Futzal millimiz Gürcüstana uduzdu

Futzal millimiz Gürcüstana uduzdu

Nazirdən Tural Kərimovla bağlı ƏMR

Nazirdən Tural Kərimovla bağlı ƏMR

QARABAĞDAN Bakıya su çəkilə bilər

QARABAĞDAN Bakıya su çəkilə bilər

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Mahir oynamadı, komandası qalib gəldi

Mahir oynamadı, komandası qalib gəldi

Minarə İskəndər vəfat etdi - FOTO

Minarə İskəndər vəfat etdi - FOTO

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Kürdə suyun səviyyəsi ARTDI

Kürdə suyun səviyyəsi ARTDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

End of content

No more pages to load

RADİO