Ermənilərin Azərbaycana ödəyəcəyi təzminat – İlkin rəqəmlər açıqlandı 

“Ermənilər işğaldan azad olunan rayonlarımızı, xüsusilə Kəlbəcəri boşaldarkən əlavə vaxt istədilər. Onlar hətta Ağdamdan çıxmaq üçün də əlavə zaman istədilər. Yayılan videolardan və digər dəlillərdən məlum olur ki, ermənilərin əlavə vaxt istəyi çıxdıqları bölgələri dağıtmağa xidmət edir. Onlar incəsənət evləri, kitabxanalar, tarixi abidə və məzarlıqları tanınmaz hala salıblar. 

Zəngilanda qəbirstanlıqda meyitləri çıxararaq onların dişlərini söküblər. Sən demə, bunlar əlavə vaxtı qalan evləri də yandırıb yaxmaq üçün istəyiblər. Palıd, çinar və digər qiymətli ağacları da sındırıb özləri ilə aparıblar ki, pol-parket sexlərinə sata bilsinlər.”

Bu sözləri Bizim.Media ilə söhbət zamanı politoloq Qabil Hüseynli açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Erməniləri şoka salan Hadrut əməliyyatı – Polkovnikdən açıqlama


Qabil Hüseynli internet üzərindən bölüşülən bəzi videoların da bu vəhşiliyə sübut olduğunu dilə gətirib. 

“Bir erməni minik maşının üstünə 3-4 metr uzunluğunda kəsilmiş 4-5 palıd ağaclarını düzərək Erməmnistana aparırdı. Yəni, bu gün ermənilər Kəlbəcər, Zəngilan və digər işğaldan azad olunan rayonlarımızın meşələrindəki ağacları kəsib aparıb tikinti materialları kimi istifadə ediblər. 

Ermənilər yandırılmış və məhv edilmiş torpaq siyasətindən istifadə ediblər. Ağdam kimi böyük şəhəri yaman günə qoyublar. Mən uşaqkən Ağdama gedəndə Ağdam işıq saçırdı.


Minbir gecə nağıllarında olduğu kimi parıldayan (damları) bir şəhər idi. İndi Ağdama baxanda adamın ağlamağı gəlir. Daşı daş üstdə qoymayıblar. Dünyada belə vəhşi, barbar və başqa xalqa kin-kidurət qusan bir millət görməmişəm”.

Ermənilər I Qarabağ müharibəsində dinc sakinlərə rayonları tərk etmək üçün ya aman verməyib qətliam törədir, ya da Monte Melkonyan misalında bir neçə saat verirdilər ki, insanlar rayonlardan çıxa bilsin.

Amma Azərbaycan tərəfi ermənilərə rayonlarımızı boşaltmaq üçün yetərincə zaman verdi, ancaq onlar qarşılığında....

“Qırmızı kitaba düşən təbiət nümunələrini yox etdilər. Ermənilər ölkəmizin təkcə torpaqlarına, tikinti obyektlərinə yox, Azərbaycanın fauna və florasına əvəzi uzun illər boyu ödənilə bilməyəcək zərər vurublar. 
 

Xocavənddə olan ölkə Prezidenti bildirdi ki, ermənilər burada yaşasaydı evləri dağıtmazdılar. Onlar sırf azərbaycanlıların yaşadığı evləri, torpaqları viran qoyublar.”


Bütün bu sadalanan cinayətlər siyasi, hüquqi qiymət alacaqmı? Ermənilər təzminat ödəyəcəklərmi və hansı məbləğdən söhbət gedir? 

“Təzminat davası mütləq açılmalıdır. Beynəlxalq ekspertlər də dəvət olunub. Özümüzdən də Nazirlər Kabinetinin yaratdığı xüsusi komissiya çalışır və dəymiş ziyanın məbləği müəyyənləşdirilir.
 

Müstəqil iqtisadçılar qrupu da araşdırmalar aparıb və Azərbaycana dəymiş ziyanın ilkin məbləğini bəyan ediblər. Onların fikrincə, ermənilər Azərbaycana 350 milyard dollardan çox ziyan vurublar.


Bəzi xarici ekspertlər isə Bakıya ödəniləcək təzminatı 50 milyarddan çox qiymətləndirir. Hər halda minimum 50 milyardlıq təzminat davası aça biləcəyik. 

Bildiyiniz kimi, dünya mətbuatı yazır ki, heç II Dünya savaşında Stalinqrad ermənilərin Azərbaycan torpaqlarını viran qoyduğu qədər dağıntıya məruz qalmayıb”

Politoloq sonda vurğulayıb ki, dünya müharibələri tarixində hələ belə, ermənilərin törətdiklərinə oxşar miqyasda barbarlıq görülməyib. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

End of content

No more pages to load

RADİO