XİN: "BMT orqanları siyasi manipulyasiya alətinə çevrilib"

BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən “Laçın dəhlizinin” blokadada saxlandığı və “Dağlıq-Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış etməsi təəssüf doğurur və BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirlyinin (XİN) BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil eksperti tərəfindən “Laçın yolu” ətrafında vəziyyətlə bağlı yayılmış bəyanata dair şərhində bildirilib. 

Qeyd olunub ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneə törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi narahatlıq doğurur: 
"Bununla yanaşı, sözügedən şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyərək bəyanatda “Dağlıq Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir. 

Bir daha xatırlatmaq istərdik ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub. Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb". 

XİN-in şəhrində, həmçinin vurğulanıb ki, Azərbaycan məhz öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib: 
"Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib. 

Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatlardan çəkinilməsi və təhlükəsiz keçidə zəmamət verilməsinə dair çağırışlara baxmayaraq, Ermənistan tərəfi yenə də təxribatlarını davam etdirib. Bütün bu təxribatlara baxmayaraq, Azərbaycan tərəfi BQXK tərəfindən erməni sakinlərin keçidinə şərait yaradır. 
Azərbaycanın suveren ərazilərində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması məsələsinə gəldikdə isə bunun üçün Azərbaycan tərəfindən “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması “humanitar vəziyyət” barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib. 
Azərbaycan hal-hazırda bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün səy göstərir və bu məqsədlə sülh sazişi, delimitasiya, kommunikasiyaların açılması istiqamətində təşəbbüslər irəli sürüb. Bu səyləri dəstəkləmək əvəzinə, qərəzli bəyanatlar verilməsi prosesə müsbət təsir etməyəcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quterreş: “BMT-ni qaçılmaz maliyyə çöküşü gözləyir”

Quterreş: “BMT-ni qaçılmaz maliyyə çöküşü gözləyir”

Sumqayıt xəstəxanasında qardaşı arvadını öldürən şəxs HƏBS OLUNMADI

Sumqayıt xəstəxanasında qardaşı arvadını öldürən şəxs HƏBS OLUNMADI

Təbiətə bir həftədə 129 min manatlıq ZİYAN VURULDU

Təbiətə bir həftədə 129 min manatlıq ZİYAN VURULDU

“Fənərbağça” gənc hücumçu ilə ANLAŞDI

“Fənərbağça” gənc hücumçu ilə ANLAŞDI

Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşı HƏBS OLUNDU

Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşı HƏBS OLUNDU

Qaradağın icra başçısı vəzifəsindən AZAD EDİLDİ

Qaradağın icra başçısı vəzifəsindən AZAD EDİLDİ

ABŞ İranın güc strukturlarına və kriptobirjalara qarşı sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İranın güc strukturlarına və kriptobirjalara qarşı sanksiyalar TƏTBİQ ETDİ

Xəstənin komaya düşməsində təqsirləndirilən həkimlər HAKİM QARŞISINDA

Xəstənin komaya düşməsində təqsirləndirilən həkimlər HAKİM QARŞISINDA

Tanınmış türkiyəli müğənni Bakıya GƏLDİ: “Musiqinizin mənə çox təsiri olub” - VİDEO/ÖZƏL

Tanınmış türkiyəli müğənni Bakıya GƏLDİ: “Musiqinizin mənə çox təsiri olub” - VİDEO/ÖZƏL

"Qəbələ" "İmişli"yə, "Sumqayıt" "Karvan-Yevlax"a QALİB GƏLDİ

"Qəbələ" "İmişli"yə, "Sumqayıt" "Karvan-Yevlax"a QALİB GƏLDİ

Ağdamda ağır qəza olub - İki nəfər xəsarət alıb

Ağdamda ağır qəza olub - İki nəfər xəsarət alıb

Bu qış qırıq bir ürəyi sağalda biləcək BÜRCLƏR: Siyahıda kim var?

Bu qış qırıq bir ürəyi sağalda biləcək BÜRCLƏR: Siyahıda kim var?

Hacıqabulda palçıq vulkanı püskürdü - VİDEO/YENİLƏNİB

Hacıqabulda palçıq vulkanı püskürdü - VİDEO/YENİLƏNİB

Avropa Liqasında pley-off cütləri müəyyənləşdi - SİYAHI

Avropa Liqasında pley-off cütləri müəyyənləşdi - SİYAHI

Gəncədə mağazalarda YOXLAMA: Məşhur markaya aid saxta araqlar aşkarlandı - FOTO

Gəncədə mağazalarda YOXLAMA: Məşhur markaya aid saxta araqlar aşkarlandı - FOTO

ABŞ Ukraynaya vəd etdiyi 250 milyon dolları verməyib - KİV

ABŞ Ukraynaya vəd etdiyi 250 milyon dolları verməyib - KİV

Qonşunun evinə soxulub 13 yaşlı qızına təcavüz edənə 18 il HƏBS VERİLDİ

Qonşunun evinə soxulub 13 yaşlı qızına təcavüz edənə 18 il HƏBS VERİLDİ

Qurban Qurbanov Nyukaslda: 21 il əvvəl - VİDEO

Qurban Qurbanov Nyukaslda: 21 il əvvəl - VİDEO

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edildi - FOTO

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edildi - FOTO

Qaz çəkilən kənddə qazsız MƏKTƏB – Bu təhsil müəssisəsi hələ də odunla İSİDİLİR – FOTO

Qaz çəkilən kənddə qazsız MƏKTƏB – Bu təhsil müəssisəsi hələ də odunla İSİDİLİR – FOTO

Marketdə “kömək etdiyi” qadını soydu – ANBAAN VİDEO

Marketdə “kömək etdiyi” qadını soydu – ANBAAN VİDEO

Firdovsi Əliyev müavinini və köməkçisini vəzifədən AZAD ETDİ

Firdovsi Əliyev müavinini və köməkçisini vəzifədən AZAD ETDİ

Yıldız Tilbe Vəfa Şərifovanı bu sözlərinə görə məhkəməyə verəcək – FOTO

Yıldız Tilbe Vəfa Şərifovanı bu sözlərinə görə məhkəməyə verəcək – FOTO

İqtisadi Şuranın iclası KEÇİRİLDİ – FOTO

İqtisadi Şuranın iclası KEÇİRİLDİ – FOTO

End of content

No more pages to load

RADİO